Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (19-05-2018, 17:38)
Muxtar Babayev Nəsimi rayonunun “tikinti mafiyası” ilə bacaracaqmı?

Muxtar Babayev Nəsimi rayonunun “tikinti mafiyası” ilə bacaracaqmı?

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev rəhbərlik etdiyi qurumda islahatlar aparmaq niyyətində olduğunu ilk günlərdən ortaya qoyub. Rəhbərləri dəyişdirilmiş digər qurumlardan fərqli olaraq  Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr islahatları demək olar ki, aparılmayıb. Hər halda, görülən mənzərə bundan ibarətdir. Nazirlikdə və yerli qurumlarda çalışan kadrların isə yeni rəhbərliyin iş prinsipinə nə dərəcədə uyğunlaşacaqlarını zaman göstərəcək. Keçmiş sələfinin dövründən qalan problemlərin həll olunması istiqamətində nazir Muxtar Babayevin atacağı addımlar da gözləntilər sırasındadır. Müxtəlif mənbələrdən aldığımız məlumatlar onu deməyə əsas verir ki, adıçəkilən nazirlikdə kök salmış “köhnə qvardiya”nın təmsilçiləri ənənəvi xasiyyətlərindən əl çəkmək iqtidarında deyillər. Bir çoxları hətta, yeni nazirin bu shədə təcrübəsiz olduğunu çəkinmədən dilə gətirərək mövcud situasiyadan bəhrələnmək eşqinə düşüblər. Bu barədə gələn yazılarımızda ətraflı məlumat verməyə çalışacağıq. Indi isə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Mircəlal küçəsinin sakinləri adından redaksiyamıza ünvanlanmış şikayət ərizəsinə müraciət edək. Sakinlərin imzası ilə redaksiyamıza daxil olan şikayət məktubunda adıçəkilən ünvanda adı və sahibi bəlli olmayan şirkət tərəfindən yaşıllıqların qırılmasına hazırlıq işlərinin görülməsi barədə həyəcan təbili çalınır. Ağacların kəsilməsindən və yaşıllığın məhv edilməsindən narahat olan sakinlər Bakı şəhər İcra Hakimiyyətinə və Nəsimi rayon İcra Hakimiyyətinə müraciət etsələr də onların səsinə səs verən olmayıb. Məhz bu məqamda nəzərlər Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin üzərinə yönəlir. Görəsən yeni nazir illərdir Bakı şəhərindəki yaşıllıqların qəniminə çevrilən və paytaxtı ekoloji fəlakət durumuna gətirib çıxaran “tikinti mafiyalar”ı ilə bacara biləcəkmi? Əldə etdiyimiz məlumatlara görə yuxarıda göstərilən ünvanda 12 mərtəbəli yaşayış binasının inşası nəzərdə tutulur. Həmişə olduğu kimi Bakı və Nəsimi rayon İcra Hakimiyyətləri şəxsi maraqlarını təmin edərək tikinti aparan şirkətə müvafiq sərəncamlar təqdim ediblər. Əvvəllər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də maraqları təmin olunmaqla bu işlər həyata keçirilirdi. Görəsən yeni nazirin gəlişi korrupsiyaya qurşanmış və uzun illərdir fəaliyyət göstərərək mafioz şəbəkəyə çevrilmiş tikinti bosslarının qarşısına sədd çəkə biləcəkmi?

Yeni nazirə ünvanlanacaq suallar çoxdur. Bu və ya digər problemlərin həlli istiqamətində Muxtar Babayevin atacağı addımları zaman göstərəcək. Köhnə komanda isə hələ ki, iş başındadır. Yenə də vətəndaşların şikayətləri qulaqardına vurulur, yaşıllıqların məhv edilməsi istiqamətində planlar cızılır, paytaxt ekoloji fəlakətlə üz-üzə qalır. Sakinlərin sözlərinə görə yuxarıda göstərilən ünvanda yaşıllıqlar məhv edilməsə orada tikinti işləri aparmaq mümkün olmayacaq. Məsələni diqqətdə saxlayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin atacağı addımları səbirsizliklə gözləyirik. Araşdırmalarımız və təhlillərimiz göstərir ki, nazir Muxtar Babayev “tikinti mafiyası”na müharibə elan edərək yerli icra strukturları və Bakı şəhər İcra Hakimiyyəti ilə qarşıdurmaya getməlidir. Əks təqdirdə o da keçmiş nazir Hüseynqulu Bağırov kimi prezident İlham Əliyevin etimadını doğrultmaya bilər. Məqalədə adı çəkilən tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Mövzuya qayıdacağıq.

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024