Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (18-05-2018, 11:58)
BALABABA RZAYEV NECƏ BABA RZAYEV OLUB?

BALABABA RZAYEV NECƏ BABA RZAYEV OLUB?

 

Keçən yazımızda Yaşma sakinlərinin işıq problemlərindən məlumat vermişdik.

 

Xatırladaq ki, bir neçə gün əvvəl “Qafqaz Region” İB-nin sədri Mahmud Rasimoğlunun Feysbuk səhifəsində yazdığı statusun əsasında 365İNFO saytının əməkdaşı Sumqayıt şəhəri Yaşma bağları ərazisinin “Polimer 120” ünvanına gedərək oradan reportaj hazırlayıb.

Mahmud Rasimoğlu yazdığı statusda qeyd edib ki, onun Sumqayıt şəhəri Yaşma bağları ərazisi, “Polimer” İMİ-2 B/Y 120 ünvanındakı bağ evində bir ildən çoxdur ki, işıq problemi yaşanır: “M.Rasimoğlu bildirib ki, dəfələrlə “ASAN xidmət” vasitəsi ilə “Azərişıq” ASC-ə onun yaşadığı ünvana elektrik xəttinin çəkilməsi barədə müraciət etsə də, onun ərizəsinə imtina cavabı gəlib. Əraziyə baxış keçirən “Azərişıq” ASC-nin nümayəndəsi Nazim Yarıyev M.Rasimoğluya bildirib ki, bu problemin həlli ilə bağlı o, heç bir köməklik göstərə bilməz: ““Azərişıq” ASC Bakıda tender keçirir, tenderdə qalib gələn şirkətin pulu “Azərişıq” tərəfindən onun hesabına köçürülür, həmin şirkət də əraziyə elektrik xətti çəkərək təhvil verir “Azərişığa”. “Azərişıq” da öz növbəsində işi təhvil verir “ASAN xidmət”-ə və “ASAN xidmət” də elektrik şəbəkəsinə qoşulmaq üçün müraciət edənləri müəyyən edir və bundan sonra həmin vətəndaşın evinə elektrik xətti çəkilir.”

Yazıda həmçinin bildirilir ki,bağ evinə işığın çəkilməsi üçün “ASAN xidmət”ə 5 ay əvvəl müraciət edən M.Rasimoğlu isə öz növbəsində Nazim Yarıyeva sual verib ki, bəs onun yaşadığı ünvandan təxminən 30 metr məsafədə elektrik xəttinin keçdiyi halda niyə həmin xəttdən onun evinə işıq çəkilmir?

Nazim Yarıyev M.Rasimoğluya cavabında bildirib ki: “Tender qalibi olan şirkət Yaşma bağları ərazisində elektrik dirəklərini yerə basdırıb, elektrik xəttini isə elə çəkiblər ki, həmin xəttdən sizin evə olan məsafə 30 metr olsa da, elektrik xəttinin çəkilməsi üçün “Azərişıq”-a siz təxminən 3 min manatdan çox pul ödəməlisiz.” Belə çıxır ki, bundan sonra kim öz evinə elektrik xətti çəkdirmək istəyirsə, onu öz hesabına çəkdirməlidir”.

Bu ərazidə elektrik xəttinin sakinlərin evinə çəkilməməsindən əziyyət çəkən bir M.Rasimoğlu deyil.

365İNFO olaraq biz də öz növbəmizdə sakinlərlə görüşdük və söhbət zamanı məlum oldu ki, həqiqətən də onlar şirkətə rüşvət vermədikləri üçün onların evlərinə elektrik xətti çəkilməyib. Ancaq Baba Rzayevin tapşırığı ilə küçənin yuxarısında, qonşuluqda yaşayan prokurorların, polis rəislərinin, “Qaçqınkom”da yüksək vəzifə də olan şəxslərin evlərinə elektrik xətti çəkilib. Küçənin yuxarı hissəsindən aşağıya, təxminən 30 metr məsafədə elektrik xəttinin çəkilməsi üçün isə sakinlərdən külli miqdarda rüşvət istəyiblər.

“Azərişıq”-da olan etibarlı mənbənin 365İNFO-ya verdiyi məlumata görə Yaşma bağları istiqamətində elektrik xətti çəkilməsində Baba Rzayevin qardaşına məxsus şirkət keçirilmiş tenderin qalibi olub. Baba Rzayev onlardan böyük “OTKAT” aldığı üçün şirkət Yaşma bağlarında “Azərişıq”a müraciət edən sakinlərdən elektrik xəttinin evlərə çəkilməsi üçün külli miqdarda rüşvət istəyib.

Onu da qeyd edək ki,“Azərişıq” ASC-də tikinti işlərinə nəzarət Baba Rzayevin qardaşının əlində cəmləşdirilib. Təkcə bu il “Azərişıq” 150-yə yaxın irili-xırdalı tender müsabiqələri elan edib. Müsabiqələrin əsas qalibləri isə Baba Rzayevin yaxın ətrafına məxsus şirkətlərdir.Bunlar “Göknur LTD” kabel zavodu (qardaşı Rahib Rzayevə məxsus), Santral Elektrik LTD (Baba Rzayevin qaynı İlham Həsənova məxsus), “Bakelektro” (qardaşı Emin Rzayevə məxsus) kimi kommersiya və istehsalat qurumlarıdır.

Bizimlə söhbətdə Mahmud Rasimoğlu “Azərişıq”ın Sənan adlı əməkdaşının onunla danışığı zamanı səsləndirdiyi fikirlərə çox təəcübləndiyini bildirdi.

Belə ki, Mahmud Rasimoğlu ərazidə yaşayan daha bir neçə sakinin işıq xəttinin çəkilməsi üçün “ASAN xidmət”də qeydiyyatdan keçməsini “Azərişıq”ın əməkdaşına bildirib və məsələnin nə yerdə qalması ilə maraqlanıb. “Azərişıq”ın əməkdaşı isə problemin gec həll olunmasını Azərbaycanın dövlət büdcəsindən Yaşma bağlarına elektrik xəttinin çəkilməsinə vəsait ayrılmaması ilə əlaqələndirib: “Özünüz bilirsiniz ki, “Azərişıq” bu işləri “Asiya İnkişaf Bankı”nın ayırdığı kredit hesabına görür. Azərbaycanın büdcəsi bu işləri görməyə bəs etmir”. “Sənan adlı “Azərişıq”ın əməkdaşının sözündən belə çıxır ki, “Asiya İnkişaf Bankı” nə zaman yeni kredit ayırsa (2016-cı ildə Asiya İnkişaf Bankı “Azərişıq” ASC-nə 750 milyon dollarlıq kreditin ayrılması haqda qərar verib-red) Yaşma bağları camaatının evlərinə də elektrik xətti o zaman çəkiləcək.

Mən başa düşə bilmirəm ki , “Azərişıq”da oturanlara dövlət əleyhinə bu cür təbliğat aparmağa kim icazə verib?

Məgər Azərbaycanın büdcəsində lazımi qədər vəsait yoxdur ki, öz vətəndaşlarının yaşadığı evə işıq çəksin?,-deyə haqlı olaraq Mahmud Rasimoğlu bildirir.

Keçən yazımızda “Azərişıq” ASC-nin sədri Baba Rzayevin adının əslində Balababa olduğunu qeyd etdiyimizdən sonra, “Azərişıq”ın rəhbəri Yaşma sakinlərindən qisas almağa çalışır.

365İNFO saytına “Azərişıq” ASC-dən daxil olan məlumata görə saytımızda gedən yazılardan bərk əsəbiləşən Balababa Rzayev “Azərişıq”ın əməkdaşlarına tapşırıq verib ki, nə vaxtacan ki, o ASC-nin rəhbəridir, mətbuata üz tutan Yaşma sakinləri işıq üzü görməyəcək. ASC-dən verilən məlumata görə Balababa Rzayevə əsas yer eləyən onun adının mətbuatda tam açıqlanması olub.

Belə ki, Balababa Rzayev “Azərişıq” ASC-ə rəhbər təyin olunan kimi, ASC-nin əməkdaşlarına tapşırıq verib ki, ona Balababa yox, Baba deyərək çağırsınlar. Və ASC-nin əməkdaşları onun dediyinə neçə illərdi ki, riayət edirlər. İndi də birdən-birə əvvəl Baba Rzayevin adı ASC-də yeyilən pullarda hallanır və sonra ikinci yazıda onun adı tam açıqlanaraq Balababa olduğu oxuculara bəlli olur.

365İNFO saytında gedən sonuncu məqalədən əsəbiləşən Balababa Rzayev özünü cilovlaya bilməyərək öz iradlarını ASC-nin əməkdaşlarına bildirib. Onun dediyi iradlarda xüsusi olaraq onun adının tam mətbuatda açıqlanması vurğulanıb.

Mənbənin məlumatına görə Balababa Rzayev nazir statusunda olduğu üçün öz adından utandığını etiraf edərək onu Balababa yox, Baba çağırılmasını tələb edib. Görünən odur ki, Balababa və Baba adı öz yerini tapmayanacan Yaşma sakinlərinin evləri işıqla təmin olmuyacaqlar. Ona görə də Yaşma sakinlərinin çıxış yolu, üzləşdikləri problemlə bağlı dövlət başçısına müraciət etməyə qalır.

Namiq Nərimanoğlu

365İNFO.ORG

BALABABA RZAYEVƏ “VERİLƏN” 750 MİLYON VƏ YAŞMA SAKİNLƏRİNİN ÜMİD YERİ OLAN “ASİYA İNKİŞAF BANKI”

TENDER QALİBLƏRİNİN BABA RZAYEVLƏ BİRGƏ “OTKAT” ƏMƏLİYYATI



шаблоны для dle 11.2

Xəbər lenti
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024
17 03 2024