Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (18-05-2018, 10:46)
Lənkəranskinin qardaşı Keşlə gömrük postunu tərk edir

Lənkəranskinin qardaşı Keşlə gömrük postunu tərk edir

 

2016-cı ilin avqustunda İstanbulda qətlə yetirilmiş kriminal avtoritet Rövşən Lənkəranskinin (Rövşən Canıyev) qardaşı Namiq Canıyev Dövlət Gömrük Komitəsindəki son yerdəyişmələrlə bağlı Keşlə yük stansiyasındakı gömrük postunun rəisi vəzifəsini yaxın günlərdə tərk edəcək.

Mediatv.az  xəbər verir ki, bu barədə “Sputnik” agentliyi Canıyevə yaxın qaynaqlara istinadən bildirir.

Məlumata görə, ona yeni vəzifə təklif olunub, amma gömrük polkovniki rütbəsi daşıyan Canıyevin hansı vəzifəyə təyin olunacağı hələ məlum deyil.

Agentlik “Canıyevə yaxın mənbələrə” istinadən onu da bildirir ki, Namiq Canıyevin Rusiyanın Sankt-Peterburq şəhərində araşdırılan səs-küylü qətl hadisəsi ilə bağlılığı yoxdur. Onun ötən il Sankt-Peterburqda “Lotu Quli”nin adamı Cabir Həsənovu güllələyən və hazırda axtarışda olan killer Camal Həsənova sifariş vermədiyi bildirilir.

Xatırladaq ki, bu səs-küylü qətl işi üzrə bu günlərdə Rusiya mətbuatı yazıb. Killerin Bakıdan Namiq Canıyevin sifarişi ilə getdiyi iddia olunub. Həmin Camal Həsənov ötən ilin sonlarında İstanbulda Namiq Canıyevlə birlikdə saxlanılmışdı və daha sonra azadlığa buraxılmışdı.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024