Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel, Slayd (10-05-2018, 10:11)
Əhmədzadənin qohumu narazılıq yaradır

Qaxın icra başçısı Musa Şəkiliyev müavini Elbrus Tağıyevin cinayətini ört-basdır etməyə çalışır. Fia.az-ın sosial şəbəkə üzərindən əldə etdiyi məlumatda deyilir ki, başçı müavinini öz xidməti kabinetində iş adamını döyməsi Qax Rayon Prokurorluğunda araşdırılır.


“Qax” sularını istehsal edən müəssisələrdən birinin sahibi olan Mustafa Muxtarova xəsarət yetirən E.Tağıyev barəsində cinayət işi açılması gözlənilir.

M.Şəkiliyev isə müavini xilas etmək üçün yuxarılarda minnətçi düşüb. İş adamı icra başçısının müavinindən prokurorluğa şikayət edib.

Əgər yerli prokurorluq işə baxmasa, Baş Prokuror Zakir Qaralova müraciət edəcək ki, Respublika Prokurorluğu hadisəni araşdırsın.

Qarabağ döyüşlərinin iştirakçısı, 3 dəfə Qax Bələdiyyəsinin üzvü seçilmiş, rayonda əhali arasında hörmət sahibi olan 54 yaşlı M.Muxtarov açıqlamasında məlumatı təsdiq edib.

Sahibkar bildirib ki, mayın 1-də Elbrus Tağıyev ona zəng vuraraq, qayınanasına məxsus mağaza ilə bağlı onu İcra Hakimiyyətinə dəvət edib.

Mayın 2-də saat 10 radələrində E.Tağıyevin qəbulunda olarkən rayonun baş arxitektoru və başqa bir nəfər də kabinetdə olub.

İcra başçısının müavini M.Muxtarova bildirib ki, ərazi ilə bağlı başqa bir şəxs onlardan şikayət edib, guya həmin adamın əlində qanuni sənədi var.

“Mən bu zaman etiraz etdim, bildirdim ki, əlində cizgi sənədi varsa məhkəməyə müraciət etsin. Siz niyə bu işə qarışır və bizə təzyiq edirsiniz.

Elbrus Tağıyev məni etirazımdan sonra özündən çıxdı, yerindən qalxıb mənə tərəf yeridi, əvvəl yaxamdan yapışıb dartışdırdı.

Sonra kəllə ilə sifətimə zərbə vurdu, burnumdan qan açıldı. Mən onun əlindən qurtarıb, sənədləri də götürüb otağı tərk etdim. Arxadan polisə qışqırdı ki, “bu zibili götürün rədd edin burdan””.

M.Muxtarov deyir ki, ordan çıxandan sonra icra başçısı ilə görüşməyə cəhd edib. Əvvəl deyiblər ki, başçı yerində yoxdur. Lakin bir qədər sonra başçı onunla görüşüb.

“Başçı əvvəl mənə dedi ki, qələt edib sənə əl qaldırıb, mən onun cəzasını verəcəm. Lakin daha sonra söhbəti fırlayıb mənimlə bağlı köhnə incikliklərini yada salmağa başladı.

Gördüm bu tədbir görən deyil, ordan çıxıb prokurorluğa getdim. Şikayət ərizəmi yazıb, tibbi ekspertdən keçdim. İndi prokurorluqda araşdırma gedir”.

Lakin gələn xəbərlərə görə, M.Şəkiliyev Qarabağ veteranına kəllə atan E.Tağıyevi xilas etmək üçün dəridən-qabıqdan çıxır.

Ancaq icra başçısı müavininə zəmanət verməyib ki, bu iş həll olunacaq. Çünki iş Baş prokurora gedərsə, müavini vəzifəsindən azad edə bilər.

Qeyd edək ki, Qaxın icra hakimi Meliorasiya və Su Təsərrüfatı ASC sədri Əhməd Əhmədzadənin kadrı kimi tanınır. Əhmədzadə Qax-Zaqatalaya kuratorluq edir.

Ancaq M.Şəkiliyev ona tez-tez problem yaradır. Onun adı mətbuatda bir çox neqativ hadisələrdə hallanıb.

Son iki ildə Qaxdan Prezident Administrasiyası başda olmaqla, yüksək dövlət qurumlarına şikayət xarakterli müraciətlərin hədsiz artması və icra başçısının adının bir neçə xoşagəlməz hadisədə hallanması yuxarıları ondan narazı salıb.

Şəkiliyev 2002-2010-cu illərdə Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi və Bərpası idarəsində rəis əvəzi, Meşələrin İnkişafı Deportamentində direktor müavini vəzifələrində işləyib, 12 aprel 2010-cu ildə isə Qax RİH-nin başçısı vəzifəsinə təyin edilib.

Bu təyinatda mühüm rolu Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə oynayıb. Belə ki, Musa Şəkiliyev onun xalasıoğludur.

Şəkiliyevdən əvvəl isə Qaxa Əhməd Əhmədzadənin qardaşı, hazırda Zaqatala rayonunun icra başçısı postunu tutan Mübariz Əhmədzadə rəhbərlik edib. Bir sözlə, Qax “meliorasiya şefi” tərəfindən özəlləşdirilmiş rayon sayıla bilər.

 



Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı



Xəbər lenti
19 07 2018
19 07 2018
19 07 2018
19 07 2018
19 07 2018
19 07 2018
19 07 2018
19 07 2018
19 07 2018
19 07 2018
18 07 2018
18 07 2018
18 07 2018
18 07 2018
18 07 2018
18 07 2018
18 07 2018
18 07 2018
18 07 2018
18 07 2018
18 07 2018
18 07 2018
18 07 2018
18 07 2018
18 07 2018
18 07 2018
18 07 2018
18 07 2018
18 07 2018
18 07 2018