Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd / Redaktor seçimi (27-04-2018, 13:36)
Sabunçu rayon məhkəməsindən şikayət var

Sabunçu rayon məhkəməsindən şikayət var

Mediatv.az-ın redaksiyasına Bakı şəhər sakini Səfərov Vüqar Suca oğlu tərəfindən şikayət məktubu daxil olub.Şikayətçnin təqdim etdiyi sənədlərdən aydın körünür ki,İddiaçı Səfərov Vüqar Suca oğlu Quliyeva Nəzakət Əlif qızı ilə 05 fevral 2014-cü il tarixdə Bakı şəhəri 38 saylı notariat kontorunda kredit müqaviləsi bağlayaraq ona 12600 manat borc vermişdir. həmin müqaviləyə əsasən cavabdeh öhdəlik götürmüşdür ki, aldığı kredit məbləğinin 6600 manatını 15.02.2014-cü ildə, qalan 6000 manatı isə 01.05.2014-cü il tarixdə qaytaracaqdır. Həmin vaxtdan artıq uzun müddət keçməsinə baxmayaraq, cavabdeh Nəzakət Quliyeva aldığı pulu geri qaytarmamışdır. Dəfələrlə cavabdeh Nəzakət Quliyeva əlaqə saxlayaraq, iddiaçıdan aldığı 12600 manatı qaytarmasını tələb etməsinə baxmayaraq, müxtəlif bəhanələrlə aldığı pulu qaytarmadan imtina etmişdir.Buna görə Sabunçu rayon məhkəməsinə müraciət edərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.İşə hakim Vaqif Həsənovun sədrliyi ilə baxılmışdır.Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Quliyeva Nəzakət Əlif qızı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Quliyeva Nəzakət Əlif qızından 12600 manat borc pul və 30 manat ödənilmiş dövlət rüsumu əvəzi alınaraq Səfərov Vüqar Suca oğluna verilməsini qət edir. Əgər cavabdeh şəxs bir ay müddətinə şikayət vermirsə qərar qüvvəyə minməli və icraya yönəlməlidir. Nədənsə (məlum olmayan səbəbdən) Sabunçu rayon Məhkəməsinin hakimi Vaqif Həsənov 11 oktyabr 2017-ci ildə çıxardığı qərarı 23 fevral 2018-ci il tarixdə (çıxardığı qərardan 4 ay 12 gün keçdikdən sonra) icraya yönəldir. Borclu Quliyeva Nəzakət Əlif qızının mülkiyyətində olan “Mersedes C300” minik markalı 90-ZA-722 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyur. Qərar qanuni qüvvə mindikdən bir ay altı gün keçdikdən sonra 29 mart 2018-ci il tarixdə Sabunçu Rayon Iddaçının sözlərinə görə Məhkəməsinin hakimi İmran Bürcayevin sədrliyi ilə bu işə yenidən(tutarl səbəb və iddiaçının iştirakı olmadan) baxılır və borclu Quliyeva Nəzakət Əlif qızına məxsus avtomobilin üzərinə qoyulmuş həbsi əsassız olaraq götürür.İcra şöbəsindən təqdimat olmadan İmran Burcayev avtomobilin üzərindən həbsi götürməsi və iddiaçı tərəfi məlumatlandırmaması qaranlıq mətləblərdən xəbər verir.Görən hakim İmran Burcayevi qanunları pozmağa nə məcbur edir?Axı müvafiq qanunvericilik bunu emir...

  Davamı var.

 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018
19 11 2018

{sape_links}{sape_article}