Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (25-04-2018, 13:47)
"Quska"nın Bakıdakı “kurator”larla əlaqələri üzə çıxıb

 

 

 

“Quska” ləqəbli Hüseyn Abdullayevin Avropadakı biznesi, həbsi və ölkəyə gətirilməsi ilə bağlı Musavat.com olduqca maraqlı məqalə dərc edib.

Mediatv.az Avrasiya.net -e istinadən xəbər verir ki, məqalədə Azərbaycandan qaçaq düşəndən sonra Almaniyada məskunlaşan Hüseyn Abdullayevin vəsaitlərinin böyük qismini bu ölkəyə transfer edərək, bizneslə məşğul olmağa başladığı vurğulanıb. Çoxsaylı evlər alıb, təmir etdirəndən sonra onları kirayəyə verən, ayrıca, eyni işi Avstriyada da həyata keçirən Hüseyn Abdullayev bu iki ölkədə kiçik zavodlar da açıb. Barəsində beynəlxalq axtarış dayandırılandan sonra isə sabiq deputat bir sıra Qərb dövlətləri ilə yanaşı, Türkiyəyə də ayaq açıb. Orada da özünün biznesini yaratmağa başlayıb.

H.Abdullayev Türkiyədə daha çox inşaat sektoruna yatırım edib və artıq bu ölkədə özünün ofisini qurub. Onun ofisində həm də Hüseyn Abdullayevin sosial şəbəkə hesablarının idarə edilməsini həyata keçirdən qrup da fəaliyyət göstərir.

Hüseyn Abdullayev Almaniya hökumətinin verdiyi pasporta o qədər güvənirmiş ki, özünün hansısa bir ölkədə həbs olunaraq Azərbaycana verilə biləcəyini ağlına da gətirmirmiş. O, ötən ilin yay tətilini anası və digər yaxınları ilə bərabər Aralıq dənizi sahillərindəki otellərdən birində keçirdib. Müntəzəm olaraq Türkiyəyə gedib-gələn Hüseyn Abdullayev bu ölkədə Azərbaycandan gələn tərəfdaşları və ölkəmizdəki “kuratorların” adamları ilə görüşür, təlimat alır, ya da özünə yaxın tərəfdarlarını qəbul edərək, müvafiq təlimatlar verirmiş. Təbii ki, bu haqda Azərbaycan hakimiyyətinin xəbəri olub. Lakin hər hansı bir skandal yaratmamaq üçün Azərbaycan istintaq orqanları onu Türkiyədə həbs etməyiblər.

O zamana qədər ki, Avropada yeni peyda olan “söyüş müxalifəti”nin H. Abdullayevlə və onun Bakıdakı “kurator”larla birbaşa əlaqələri üzə çıxıb. Azərbaycan xüsusi xidmət orqanları müəyyən ediblər ki, Avropadakı “söyüş müxalifəti” də, Əli Kərimlinin Avropa ölkələrindəki qrupları da Quska üzərindən maliyyələşir və koordinasiya edilir. Bu koordinatorlardan biri Azərbaycanın sabiq baş naziri Abbas Abbasovdur. İddialara görə, digər bir gizli iqtidar düşməni Avropa ölkələrindən birində səfir vəzifəsində çalışan tanınmış simadır. Bu qruplaşmanın mərkəzi isə Bakıda yerləşirmiş.

Sayt belə məlumat əldə edib ki, hazırda istintaq H.Abdullayevin üzərindən həyata keçirilən bu sirli çevrəni müəyyən etmək üçün ciddi istintaq hərəkətləri aparır.

Hüseyn Abdullayevin Türkiyədə həbs olunması təfərrüatları da maraqlıdır. Bəziləri istintaq sirri olduğu üçün bunu açıqlamırıq. Lakin onu bildirək ki, H.Abdullayev çox “məşhur” əyləncə mərkəzlərindən birində həbs olunub. Həmin yer Türkiyənin çox ünlü ticarət mərkəzi kompleksi nəzdindədir. Həmin nəhəng kompleksin üstü isə yaşayış binalarıdır və orada H. Abdullayevin mənzili var. Azərbaycan istintaq orqanlarının Türkiyədəki həmkarları ilə bərabər keçirtdiyi əməliyyat 3 gün çəkib və nəticədə H.Abdullayevi məhz qeyri-iş günündə saxlayıb, Bakıya gətirmək qərara alınıb. İddialara görə, bunu özünün də səbəbi var: “Filan səfirlik həmin gün işləmir və bu səbəbdən də adamları olan Quskanın yardımına yetişə bilməzdi...”

Musavat.com-un mənbəsi əmindir ki, Hüseyn Abdullayev çox tezliklə hər şeyi danışacaq: “Bundan əvvəl, qısamüddətli həbsi dönəmində o özünü çox biabırçı aparıb. Ağlayır, yalvarır, saatlarla qışqırır, kömək istəyirdi. Belə adamların bərkdə əli yoxdur və tezliklə Hüseyn Abdullayev istintaqla əməkdaşlığa gedəcək”...

Bundan başqa, Hüseyn Abdullayevin Qərb dövlətlərindən birinin ölkəmizdəki səfiri ilə də münasibətləri, əlaqələri haqda bilgilər var. Sabiq deputatın həmin səfirin derektivləri ilə çıxışlar etdiyi də iddia olunur. Mümkündür ki, Hüseyn Abdullayevə qarşı yaxın zamanlarda vergi cinayətləri ilə yanaşı, digər ittihamlar da irəli sürüləcək. Onun cinayət işində sürpriz isimlərin olacağı da dolaşan xəbərlər sırasındadır.

Hüseyn Abdullayev xaricdə olan narazı elektoratla da yaxınlıq etmək, onlara maliyyə dəstəyi vermək kimi hərəkətləri konkret tapşırıqla icra edib (O, maliyyə dəstəyi verən həmin kəsimi özünün çevrəsində “çuşka” adlandırıb, onların bir işə yaramadıqlarını deməkdən də çəkinməyib). Bakıda ona kuratorluq edən Eldar Mahmudovla Almaniyada 2014-cü ilin sonlarında görüşməsi də bir faktdır. Eldar Mahmudov hələ vəzifədə olarkən Hüseyn Abdullayevlə Almaniyada görüşüb müzakirələr aparıb, narazı qüvvələrlə iş aparılması ətrafında fikir mübadiləsində bulunub. Mümkündür ki, Eldar Mahmudovun da adı Hüseyn Abdullayevin cinayət işi üzrə fiqurantlar sırasında çəkiləcək...

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024