Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (18-04-2018, 09:56)
 Adil Vəliyev istədiyini edir...

 

 

 

“Guya burda bazar açıblar, yarmarka təşkil ediblər. Heç müştəri də gəlmir. Baxın görün, 5-6 piştaxta ola ya olmaya. Bunu da kənara qoyuram, yan-yörədəki dükanların çoxu bağlıdır, arendaya verilib.

Ancaq neçə aydır ki, yolu bağlayıblar, maşınların keçməsinə dar yer saxlayıblar. Bir tərəfdən dəmir hasarlar qoyublar, o biri tərəfdən yekə bir azman daş.

Avtomobillər qarşı-qarşıya gələndə gözləyirlər, bir-birinə yol verirlər. Yarmarka təşkil eləmisən, lap yaxşı, bu yolu niyə bəs bağlamısan?”

Adil Vəliyev istədiyini edir...

Bu sözləri AzEuroNews.com-a Bakıxanov qəsəbəsi sakinlərindən biri olan Anar Nabatov bildirib.

Onun sözlərinə görə, axşam saatlarında bu yol zil qaranlıq olur. Ərazidə lampalar da yoxdur ki, yolu görəsən. Maşınların işıqları olmasa ağır qəzadan sığortalanmaq mümkün deyil:

“Axşam bu yoldan keçəndə göz-gözü görmür. Görmə qabiliyyəti zəif sürücü olsa maşını o daşa, dəmirə çırpacaq. Bu yolun bağlanmasının, ortaya daş qoyulmasının bir məntiqi izahı olmalıdır”

Sakinlər deyirlər ki, Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən təşkil olunan bu yarmarka Bakıxanov qəsəbəsi ilə Qaraçuxur arasındakı maşın yolundadır.

Yolun sağ və solunda çoxlu obyektlər var. Amma əksəriyyətinin qapısı qıfıllıdır və kirayəçisini gözləyir. Yəni, bu ərazi qaynar nöqtə deyil, müştəri tək-tük gəlir.

Adil Vəliyev istədiyini edir...

Ona görə də yolu iki tərəfdən daş və dəmirlə bağlamaq məntiqsizlikdir. Həm Bakıxanov, həm Qaraçuxur sakinləri tələb edirlər ki, tezliklə o məhdudiyyətlər qaldırılsın.

Qaraçuxurda yaşayan İmran Tağızadənin dediyinə görə, Sabunçu RİH-nin yolu bağlamasının səbəbi var: “İstəyirlər ki, diqqət çəksinlər, guya bura çox vacib yerdir.

Çünki neçə vaxtdır həmin obyektlər təhvil verilib, amma sahibkarlar fikirləşirlər ki, biznes üçün əlverişli yer deyil. Odur ki, dükanların çoxu boş qalıb. İndi təzə-təzə 3-4 dükanda təmir getməyə başlayıb”.

Sabunçunun icra başçısı Adil Vəliyev / Foto © Məhəmməd Türkmən
Sabunçunun icra başçısı Adil Vəliyev / Foto © Məhəmməd Türkmən
Sakinlərin sözlərinə görə, obyektlər Sabunçu RİH başçısı Adil Vəliyevə yaxın şəxslərə məxsusdur.

Amma nə gələn var, nə dükanları arendaya götürən. Odur ki, orta əsr ağlına uyğun addım atıblar, yolu bağlayıblar, bəlkə gələn ola… 

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024