Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel, Slayd (18-04-2018, 09:55)
Üç sabiq nazir üçün “zek köynəyi" hazırlığı

 

 

 

Azərbaycanda yeni hakimiyyət komandasının formalaşmasına sayılı günlər qalıb. Bu ərəfədə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev geniş məqalə yazıb. Belə aydın olur ki, köhnə komandada olmuş və qovulmuş nazirlərlə bağlı hərəkətlilik gözlənilir. 

PA rəhbəri yeni komanda prinsipində məhz ölkənin inkişafının əsas meyar olacağına vurğu qoyur, bu işə töhfə verməyən, o cümlədən siyasi sapmalara yol vermiş “qeyri-səmimilərin” uzaqlaşdırılacağını deyib. R.Mehdiyevə görə, hər bir məmur kadr məsələsində dövlət maraqlarına uyğun meyarları əsas götürməli və öz fəaliyyəti ilə kadr siyasətinə kölgə salmamalıdır. “Ayrı-ayrı məmurların kadrlara münasibətdə özbaşınalığı, cılız və subyektiv yanaşması nəticəsində kadr potensialının itirilməsinə imkan vermək olmaz” deyən PA rəhbəri ad çəkməsə də, bəzi ekspertlər söhbətin sabiq nazirlər - Eldar Mahmudov, Fazil Məmmədov və Ziya Məmmədovdan getdiyini iddia edirlər. Heç kimə sirr deyil ki, bu nazirlər idarəetmədə çox ciddi yanlışlara yol veriblər, bir çox hallarda peşəkar kadrları rəhbərlik etdikləri strukturlardan uzaqlaşdırıblar. 

Hər 3 nazirin işdən çıxarılması səbəbləri ilə PA rəhbərinin dilə gətirdiyi səbəblər üst-üstə düşür.

Məsələn, Eldar Mahmudov Milli Təhlükəsizlik Nazirliyinə (MTN) 11 ildən bir qədər artıq rəhbərlik edib. Həmin illər ərzində MTN-də çalışan professional kadrların bir çoxu qurumdan uzaqlaşıdırılıb və ya kadrlar özləri uyğun olmayan rəhbərliklə birgə işləməkdən vaz keçiblər. Peşəkar kadrların işdən çıxma səbəbləri araşdırılmayıb, onlara, sadəcə, “yaxşı yol” deyib yola salıblar. Həmin kadrlardan barələrində saxta cinayət işləri başladılanları da olub. Peşəkarların yerini isə uyğun olmayan, məhkəmə qarşısına çıxarılaraq az qala Cinayət Məcəlləsinin əksər maddələri ilə məhkum edilən “mahmudovçu” kadrlar tutmuşdu. Eldar Mahmudov öz fəaliyyəti ilə təkcə ciblərini, bank hesablarını doldurmayıb, mal-mülklərinin sayını artırmayıb. O, ümumilikdə təmsil olunduğu hakimiyyət komandasına qarşı əsasən sahibkar zümrəsində inamsızlıq yaratmışdı. MTN-də baş verənlər son nəticədə Eldar Mahmudovun vəzifəsindən qovulması, 20-dən artıq işçinin həbsi, nazirliyin isə ləğv edilməsi ilə nəticələndi. 2015-ci ilin oktyabrında MTN-də aparılan “təmizləmə” əməliyyatından Eldar Mahmudovun həbsi məsələsi gündəmə gətirilsə də, bu günə qədər məsələ həllini tapmayıb. “MTN işi” çərçivəsindən ötən ilin noyabrında Eldar Mahmudovun əmisi oğlu və köməkçisi olmuş Vüqar Mahmudov həbs edilib. Onun həbsindən sonra sabiq naziri də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırıb saatlarla dindiriblər.3-4 gün davam edən dindirmələrdən sonra Eldar Mahmudov heç nə olmamış kimi bahalı maşınına minib və evinə gedib. Hələlik Eldar Mahmudovla bağlı məsələ çözülməmiş qalıb.

“MTN işi” başlanan ilk günlərdə paralel olaraq Vergilər Nazirliyində də araşdırmalar aparılmağa başlandı. Məlum oldu ki, Eldar Mahmudov vəzifədə olduğu illər ərzində digər nazirliklərə sıza bilib, nazirlərin bəzilərini də özünə tabe etdirməyi bacarıb. Belə nazirlərdən biri kimi Fazil Məmmədovun adı hallanırdı.

Fazil Məmmədov vergilər naziri postunda işinə daha çox “reketsayağı” yanaşırdı. Sahibkarlar onun tətbiq etdiyi vergitoplama üsullarının ağır şərtləri altında müflis duruma gətirilirdilər. Vergilər Nazirliyində dövlət maraqları Fazil Məmmədovun maraqlarından sonra gəlirdi. Vergilər naziri postunda Fazil Məmmədov qanunsuz “dinmə, ver” vergisi tətbiq edir, sahibkarlara 2-3 il əvvəlin vergisini ödətdirirdi.

Belə hallar son nəticədə Fazil Məmmədovla bağlı qəti qərarın verilməsinə səbəb oldu. O, işdən qovulandan sonra Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Vergilər Nazirliyinə gedib orada Fazil Məmmədovun fəaliyyətini tənqid etmişdi. Hələ o dövrdə Fazil Məmmədovun fəaliyyətinin hüquq-mühafizə orqanları tərəfindən araşdırılacağını, özünün isə hətta həbs oluna biləcəyini proqnozlaşdıranlar da vardı. 

Ziya Məmmədovun rəhbərlik etdiyi Nəqliyyat Nazirliyindəki özbaşınalıqlar da saymaqla tükənən deyildi. Ziya Məmmədov nəqliyyat infrastrukturunu bilən peşəkar kadrlarına rəqib, düşmən gözü ilə baxırdı. Peşəkarları isə postlarında Ziya Məmmədovun qohum-əqrəbası, tanış-dostları əvəzləyirdi. Yol infrastrukturuna dövlət büdcəsindən ayrılan vəsaitlərlə bütün ölkə ərazisini asfaltla örtmək mümkün olduğu halda, Ziya Məmmədovun rəhbərlik etdiyi qurum yol adına karikatura çəkməklə məşğul idi. Təkcə Bakı-Quba yoluna vurulan və 30 il istismar müddəti qoyulan beton yolun 5-6 il sonra bombalanmış Suriya yollarına dönməsini misal çəkmək kifayətdir. Həmin yolun durumu “Ziya Məmmədov necə işləyib” sualına cavab verir. Sabiq nəqliyyat nazirinin fəaliyyəti də onun kimi hakimiyyət komandasından kənar qalan Eldar Mahmudovla Fazil Məmmədovun fəaliyyətindən fərqlənmirdi. Var-dövlət toplamaq hərisliyi dövlət maraqlarını arxada qoymuşdu, ümumilikdə fəaliyyəti xalqa qarşı yönəlmişdi. Nəqliyyat sistemi, demək olar ki, iflic duruma çatdırılmışdı.

Bundan uduzan Azərbaycan dövləti və xalqıdır. PA rəhbərinin yeni komandadan “qeyri-səmimilərin” uzaqlaşdırılacağını deməsi də diqqət çəkir. O baxımdan ki, yeni komandada bəzi nazirləri görməyə bilərik.
“Yeni Müsavat” 



Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı



Xəbər lenti
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018
17 10 2018