Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (19-03-2018, 11:07)
Əhəd Əbiyevin qardaşının böyrək əməliyyatı

 

 

 

 

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən insan orqanlarının alveri ilə məşğul olan bir qrup şəxsin, şəbəkənin ifşa edilməsi barədə məlumat Azərbaycanda sosial şəbəkələrdə “partlayış”a səbəb oldu. Qurumun mətbuat xidmətinin məlumatında deyilir ki, gizli cinayətkar şəbəkənin təşkilatçısı olan Vahib Xudadatov həbs edilib. Onunla birlikdə cinayətkar biznesə cəlb edilmiş digər şəxslər də tutulub.

Könüllü donor olan şəxslərə gəlincə, onlar tibbi müayinəyə göndərilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir. DTX-də cinayət işi transplantasiya ilə məşğul olan transmilli şəbəkənin qanunsuz əməlləri barədə xaricdən məlumatın daxil olması nəticəsində açılıb.

Məlum olub ki, V.Xudadatov “Qarabağ” U-11 futbol komandasının məşqçisinin doğma qardaşı Elşad Xudadatovun doğma qardaşıdır. Ancaq E. Xudadatovun qardaşının işlərindən xəbərdar olmadığı bəlli olub.

Rəsmi məlumatdan bu biznes haqda mənzərə ortaya çıxır. V.Xudadatov və onun əlaltıları maddi durumu ağır olan insanları axtarıb tapır və onlara öz böyrəyini, ciyərini satmağı təklif edirmiş, Həmin şəxsləri xaricə aparırmışlar və orada orqan transplantasiyası həyata keçirilirmiş. Xarici həkimlər Azərbaycandan növbəti donoru gözləyirmiş. Hər bu cür işə görə həm orqanını satan şəxs, həm də vasitəçilər qonorar alıblar.

Azərbaycan qanunvericiliyi orqan alverini qadağan edir. Bizim qanunlara əsasən donor ancaq yaxın qan qohumu ola bilər və iş təmənnasız həyata keçirilir. Biomaterial alqı-satqı predmeti ola bilməz.

Bir neçə il öncə ölkədə qalmaqal yaranmışdı. Belə ki, məlum olub ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Əbiyevin qardaşı Səməd Əbiyevin böyrəyində təcili əməliyyat aparmaq lazımdır. Tənha qadın Eleonora Cəbrayılova donor olmağa razılaşıb. O, öz böyrəyinə görə 50 min manat pul istəyib. Tərəflər yaxın qohum kimi qadının S.Əbiyevə təmənnasız orqan bağışlaması barədə notarial qaydada müqavilə bağlayıblar. Bu cür sənədləşmə təsadüfü deyil, çünki Azərbaycanda insan orqanlarının satışı qadağandır.

Əməliyyat İranda özəl klinikalardan birində keçirilib. S.Əbiyevə böyrək köçürülüb. Ancaq E.Cəbrayılova ona vəd olunan pulu almayıb.

2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycan Beynəlxalq Universitetinin nəzdində fəaliyyət göstərmiş Tibb Mərkəzinin rəhbəri Dilarə İsmayılovanı şərti olaraq iki il azadlıqdan məhrum edib. O, “qara transplantoloqlar” beynəlxalq cinayət işi üzrə əsas fiqur olub və donorlardan qanunsuz böyrək götürülməsinin təşkilində və onların əcnəbi resipientlərə köçürülməsində ittiham olunub. Onların arasında 11 nəfər İsrail vətəndaşı olub. Ali məktəbin insan orqan və toxumalarının transplantasiyası üçün lisenziyası olmayıb. Əslində belə sənədin olması bu cür əməliyyatları aparmaq üçün müntəzəm Bakıya gələn ukraynalı həkimləri az maraqlandırıb. Belə şəraiti yaratdığına görə D.İsmayılova həmin faktlar üzrə heç bir sənədləşmə aparmadan nağd şəkildə 130 min ABŞ dolları alıb.

Bu hadisələrdən sonra Bakı klinikalarında, həmçinin beynəlxalq aeroportda nəzarət gücləndirilib. Ona görə də insan orqanları ilə bağlı qeyri-leqal biznesin sxemi bir qədər dəyişib. Əslində transplantatı kordon vasitəsilə daşımaq çətin və təhlükəlidir, ən başlıcası heç lazım deyil. Hazırda bütün iş yerində gedir. Azərbaycanlı donorları Ukrayna, İran, Türkiyə, bir sıra Avropa ölkələrinə aparırlar. Bu barədə xarici mətbuatdakı yazılardan da bilmək olur. Belə ki, bu ilin əvvəlində Rumıniyanın Libertatea saytı 2000-2007-ci illərdə bu ölkədə insan orqanları alveri üzrə cinayət işi haqda məlumat yaymışdı. İş üzrə azərbaycanlılar da keçir, ancaq resipient qismində.

 

 

Əhəd Əbiyevin qardaşının böyrək əməliyyatı

 

 

 

 

 

 

 


Bu yaxınlarda “The Washington Post” qəzeti Kiprdə israilli Moşe Xarelin həbs olunduğunu bildirib. O, insan orqanlarının qeyri-leqal alverinin təşkilində şübhəli bilinib. M.Xarel Kosovonun paytaxtı Priştinada Medicus klinikasında çalışıb. Orada böyrək köçürülməsinə ehtiyacı olan donor və pasient axtarıb. Medicus-da “xidmət”ə görə pasientlər 80-100 min avro ödəyiblər. İstintaq materiallarından məlum olur ki, əsasən Türkiyə və keçmiş Sovet İttifaqından olan donorlar bu klinikaya gələrək pul müqabilində öz orqanlarını satıblar. Alıcıların oxu İsraildən olub. Bir böyrəyə görə 80-100 min avro ödəyiblər.

Acınacaqlı olsa da, hazırda Azərbaycan gizli beynəlxalq bazarda biomaterial tədarükçüsüdür. Son vaxtlara qədər İnternetdə “Böyrək satıram” elanına tez-tez rast gəlmək olurdu. Ancaq indi adamlar belə elanlar yerləşdirməyə ehtiyat edirlər. Çünki xüsusi xidmət orqanları buna reaksiya verirlər. Ancaq bununla belə, onlar öz planlarını həyata keçirmək üçün yollar tapırlar.

Müstəqil ekspert Samir Əliyev Turan-a bildirib ki, adamların çoxu maliyyə probleminin həlli üçün öz orqanlarını satmaqdan başqa yol görmür. Arqument müxtəlifdir: “kredit borcu”, “banklar məni məhkəməyə verirlər”, “biznesim məhv oldu”, “uşaq xəstədir, əməliyyat üçün pul lazımdır”…Qeyri-leqal biznesin təşkilatçıları bundan istifadə edirlər. Kimsə çarəsiz insanların sayəsində pul qazanır, kimsə iki böyrəklə xaricə gedir, bir böyrəklə qayıdır. Ancaq öz sağlamlığı bahasına pul qazanmaq cəhdi ya qanunla, ya da səhhətlə əlaqədar problemə çevrilir. Fizioloqlar qeyd edirlər ki, bir böyrək ilə maksimum 20 ilə yaxın yaşamaq olur.

Turan.az

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024