Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (18-03-2018, 15:43)
“600 milyon dollar təklif edildi, Telman İsmayılov satmadı...”

“600 milyon dollar təklif edildi, Telman İsmayılov satmadı...”

 

Hazırda axtarışda olan keçmiş azərbaycanlı milyarder-oliqarx Telman İsmayılovun Antalyadakı “Mardan Palace” otelinin nümayəndəsi obyektin “Rixos Group”a satılacağı haqda xəbərləri “şaiyə” adlandırıb.

Mediatv.az  Virtualaz.org-a istinadən xəbər verir ki, Telman İsmayılovun otelinin “Rixos Group”un sahibi olan türkiyəli iş adamı, əvvəllər Fətullah Gülən camaatına mənsub olmuş Fəttah Temincəyə satılması üçün danışıqlar getdiyi barədə bundan əvvəl Türkiyə mənbələri xəbər yaymışdı. Bildirilirdi ki, danışıqların nəticələri gələn həftə açıqlana bilər.

Mənbə deyib ki, “Rixos Group”un “Mardan Palace” otelinə maraq göstərməsi doğrudur, amma bunlar hələ söz-söhbət səviyyəsindədir. Və sövdələşmənin baş tutması ehtimalı azdır:

““Rixos şəbəkəsi hazırda çətin ki, “Mardan Palace” otelini almaq üçün lazım olan vəsaiti tapa. Şəbəkənin müxtəlif ölkələrdə tikintisi davam edən otelləri var, onlar yarımçıqdır və maliyyə tələb edir. Hazırda “Mardan Palace” 400 milyon dollar səviyyəsində qiymətləndirilir. Əvvəl Qətərdən olan iri investor 600 milyon dollara almaq istədi, Telman İsmayılov razılaşmadı”, - deyə həmin mənbə bildirib.

Onun sözlərinə görə, otelin “Rixos Group” və ya digər şirkət tərəfindən icarəyə götürülməsi daha ağlabatandır:

“Lakin bu da yaxın vaxtlarda baş tutmayacaq. Çünki otel restavrasiya tələb edir. Hovuzu, kondisioner sistemi və s. təmir edilməlidir. Buna da iki-üç ay vaxt lazımdır. Yəni qarşıdakı yaz-yay mövsümündə otel bağlı olacaq, deməli onu icarəyə götürməyin mənası yoxdur.

Otel boş qaldığına görə borcları da artacaq. Situasiya ona görə mürəkkəbdir ki, Telman İsmayılov oteli tam satmaq istəmir, amma işlətməyə də pulu yoxdur”.

Qeyd edək ki, bundan əvvəl otelin üzərinə Türkiyənin “Halk Bank”ına olan kredit borcuna görə həbs qoyulmuşdu. T.İsmayılov otelə 1,4 milyard dollar xərcləyib.



Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı



Xəbər lenti
22 09 2018
22 09 2018
22 09 2018
22 09 2018
22 09 2018
22 09 2018
22 09 2018
22 09 2018
22 09 2018
22 09 2018
22 09 2018
22 09 2018
22 09 2018
22 09 2018
22 09 2018
22 09 2018
21 09 2018
21 09 2018
21 09 2018
21 09 2018
21 09 2018
21 09 2018
21 09 2018
21 09 2018
21 09 2018
21 09 2018
21 09 2018
21 09 2018
21 09 2018
21 09 2018