Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (17-03-2018, 13:49)
Gədəbəydə icra hakimiyyətindən narazılıq

Sədaqət Allahverdiyeva Gədəbəy rayonu Arıqıran kənd sakinidir. Onun həyat yoldaşı Həsənova Tofiq Əli oğlu 1994-cü ildə Kəlbəcər uğurunda gedən döyüşlərdə Şəhid olub.

Mediatv.az Anew.az-a istinadən xəbər verir ki, ailənin əsas müsibəti Sədaqət Allahverdiyevanın qızı Pərvanə Həsənovanın evi yanandan sonra başlayıb, bunu Anews-a aşıqlamasında Sədaqət Allahverdiyeva özü bildirib.

Onun dediyinə görə, yanğını söndürməyə gələn Fövqəladı Hallar Nazirliyinin əməkdaşları dərhal evin elektrikdən qısaqapanma nətiəsində yandığını müəyyənləşdirməyə çalışıb. Yoxlama qrupuna FHN-nin regional idarəsnin rəisi kimi özünü təqdim edən Rəşad Əliyev rəhbərlik edib. Kənd sakinlərinin və qohumların iştirakı ilə müxtəlif qeydlər götürülüb və analiz aparılıb.

Rəşad Əliyev nəticənin yaxın günlərdə təqdim edəcəyini desə də Allahverdiyevaya hələ də heç bir xəbər verilməyib. “Bu cavab bizə verilmədiyinə görə qızımın ailəsinin yanmış sənədlərini düzəlmək mümkün olmayıb. Bu da bütün işlərdə onlara maneə olur. İşlə bağlı müəyyən idarələrə gedildikdə təqdim etməyə sənədləri yoxdu.

Bundan sonra 4 dəfə Gədəbəy rayon icra hakimiyyəti Ramiz Yediyarovun və müavinlərin qəbulunda olsam da heç bir faydası olmadı. Qızım Həsənova Pərvanəyə yerli icra nümayəndəsinin əməkdaşlarının vasitəsilə məcburən 300 manat veriblər və imza atdırıblar. Hər dəfə köməklik edəcəklərini bildirirdilər. Bundan sonra ölkə prezidenti İlham Əliyevə müraciət etdik.

Bu müraciətdən sonra Gədəbəy RİH saxta sənəd tərtib etməklə işə son qoyduqlarını bildirdilər. Sənədin bir nüsxəsini mənə təqdim ediblər. Yazınların əksəriyyəti yalandır və sənəddə möhür, imza yoxdur”, deyə Sədaqət Allahverdiyeva bildirib.

Allahverdiyevanın əsas tələbi isə yanğının nədən baş verdiyini müəyyən etmək, günahkar idarənin rəhbərliyini məsuliyyətə cəlb etməkdir.

Evləri yanandan sonra Sədaqət Allahverdiyevanın qızının ailəsi ona mənə məxsus evdə yaşayır. Gəliri çox az olduğundan onların gündəlik ərzaq, geyim və digər tələblərini qarşılamağa onun maddi imkanı çatmır.

Xatırladadq ki,Allahverdiyanın ailəsinə bütün Şəhid ailələrinə verilən ev və torpaq sahəsi ayrılmayıb. Gədəbəydə Şəhid ailələri üçün tikilən binada ev paylanan zaman icra hakimiyyəti ancaq 3-4 min manat məbləğındə rüşvət verən ailələri evlə təmin edib. Səadət Allahverdiyavaya isə onun təbirincə desək ancaq bpş söz vəd ediblər.

“Gədəbəy rayon icra başçısı qəbulunda olarkən əksər mövzulara mənim səlahiyyətimdə deyil kimi cavab verir. Amma rayonda idarə, müəssisə, müəllim, həkim və büdcədən maliyyələşən idarələrdən pul yığılır. Rayonda elə bir idarə yoxdur ki, orda böyük məbləğlə pulla iş görməsinlər. Bu qədər çirkli işlərin içərisində bir humanitar yardım göstərmək o qədərmi çətindir? Ramiz Yediyarov və kollektivinin etdikləri bizi məcbur edir ki, gedib prezident aparatının qarşısında çadır quraq”, deyə xanım vurğulayır.

Allahverdiyevlər ailəsi prezindetə yenidən müraciət edib.

Məsələ ilə bağlı Gədəbəy icra hakimiyyətinə müraciət etsək də sorğumuza cavab ala bilməmişik. Torpaqlarımıın 20 faizinin düşmən əsarəti altında olduğu bir zamanda şəhid vermiş ailənin üvlərinə bu kimi biganə münasibət ancaq Azərbaycan dövlətçiliyi və rəhbərliyinə sayqısızlıq kimi qiymətləndirilə bilər. Ümid edirik ki, uyğun qurumlar nəhayət ki, Gədəbəy icra strukturunda mövcud olan bu öbaşınalıq və süründürməçilik halalrı ilə maraqlanacaq , şəhid ailəsinin hüquqları bərpa ediləcəkdir.
Onu da qeyd edək ki, Gədəbəy rayon icra hakimiyyəti başçısı Ramiz Yediyarov Ermənistanın Vedi rayonunda anadan olub və adı rayonun sahibkarlarına qarşı bir neçə korrupsiya hallarında hallandırılır.

Gədəbəydə icra hakimiyyətindən narazılıq
 

 

шаблоны для dle 11.2

Xəbər lenti
19 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024