Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel, Slayd (9-03-2018, 12:26)
Başçının seçki təxribatı: Beyləqan ayağa qalxdı, əhali yolu bağladı

Başçının seçki təxribatı: Beyləqan ayağa qalxdı, əhali yolu bağladı

 

Beyləqanın SMD-42 qəsəbə sakinləri Beyləqan-Daşburun yolunu bağlayıblar

Mediatv.az  Bu haqda sosial şəbəkələrdə məlumat yayılıb. 

Belə ki, 2014-cü ildə rayonda yeni layihə ilə inşa edilən su və kanalizasiya çəkilişi zamanı SMD - 42 qəsəbənin bütün yollarını qazıblar. 

Nəticədə yolların asfat döşəməsi tamamı ilə bərbad vəziyyətə düşüb. Layihə 3 il əvvəl başa çatsa da, bu dünə qədər qəsəbənin yollarına asfat örtüyü döşənməyib. 

SMD - 42 qəsəbə sakinləri yolların bərbad halda olmasından, yay vaxtı toz-torpaqlı, qış vaxtları isə zığlı-palçıqlı olmasından şikayətçidirlər. 

Üç il ərzində qəsəbə sakinləri dəfələrlə aidiyyəti orqanlara müraciətlər və şikayətlər etsələr də, onların şikayətlərinə baxan olmayıb. Ona görə məcburən Beyləqan-Daşburun yolunu bağlayıblar. 

Tələbləri olub ki, su və kanalizasiya çəkilişi zamanı SMD-42 qəsəbənin yollarının bərbad hala salınmış asfalt örtükləri bərpa edilsin. Dövlət büdcəsindən Beyləqan Rayon İcra Hakimiyyətinə milyonlar ayrılır. 

Bu vəsait rayonun abadlaşdırılması, problemlərinin həllinə hesablanır. Ancaq Beyləqanın icra başçısı Vaqif Abdullayev dövlətin ayırdığı pulları mənimsəyir. 

Odur ki, sözügedən qəsəbənin yolları bərbad gündədir. İcra başçısı sakinlərin problemini həll etsəydi, camaat yolu bağlamazdı. 

Amma V.Abdullayev seçki ilində Beyləqanı ayağa qaldırıb aksiyaya səbəb olur. İcra başçısının biganəliyi nəticəsində sosial gərginlik yaranır, əhali etiraza qalxır. 

 
Binnətli kənd bələdiyyəsinin ərazisi "Texnikabank”ın Beyləqan filialının keçmiş müdiri Bulud Aslanovun adına sənədləşdirilərək, ərazidən çıxarılan min tonlarla qum, çınqıl materialları Bəhrəmtəpə-Mingəçevir yolunu inşa edən "Polat Yol Yapı” şirkətinə satılıb. 

Vurğulanır ki, Bulud Aslanovun qum, çınqıl satışında əsas şəriki Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevdir. 

İddiaya görə Bulud Aslanovun ərazisindən ümumilikdə 1 milyon manatdan çox qum, çınqıl materialları çıxarılaraq satılıb. 

Həmin vəsaitin yarı hissəsi Beyləqan rayon icra başçısı Vaqif Abdullayevə, bir hissəsi Bulud Aslanova çatıb. Hazırda Bulud Aslanova məxsus ərazidən qum çınqıl çıxarılması işi bitib. 

Belə ki, Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevlə qum-çınqıl satışına şərikli girən Bulud Aslanovun sonda aldadıldığı məlum olub. 

Bulud Aslanovun yaxınlarına dediyinə görə ümumi satışdan əldə olunan gəlirin 70 faizə yaxını, təxminən 600 min manatı Vaqif Abdullayev tərəfindən mənimsənilib. 

Bulud Aslanov pulun düzgün bölüşdürülməsini icra başçısından tələb etdikdə isə, ikinci ona bir az səbrli olmağı, yaxın zamanlarda ona yeni vəzifə veriləcəyini vəd edib. 

İcra başçısının bu vədindən 4-5 ay keçdikdən sonra Bulud Aslanov aldadığının fərqində olub. Vaqif Abdullayevə verdiyi vədi xatırladan Bulud Aslanova icra başçısının sözləri şok yaşadıb. 

Belə ki, məlumata görə, icra başçısı ona "başını aşağı salıb işi ilə məşğul olmağı" məsləhət bilib. Fia.Az 




Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı



Xəbər lenti
18 06 2018
18 06 2018
18 06 2018
18 06 2018
18 06 2018
18 06 2018
18 06 2018
18 06 2018
18 06 2018
18 06 2018
18 06 2018
18 06 2018
18 06 2018
17 06 2018
17 06 2018
17 06 2018
17 06 2018
17 06 2018
17 06 2018
17 06 2018
17 06 2018
17 06 2018
17 06 2018
17 06 2018
17 06 2018
17 06 2018
17 06 2018
17 06 2018
17 06 2018
17 06 2018