Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (8-03-2018, 08:53)
Rektorun Rəsulzadə haqqında sözləri etiraz doğurdu

Fazil Mustafa: “Rəsulzadənin adına yeni universitet yaradılmalıdır”; Dilavər Əzimli: “Rəsulzadənin heykəli BDU-nun həyətində yox, ən uca yerdə ucaldılmalıdır”

Azərbaycanın ən qədim universiteti olan Bakı Dövlət Universitetinə böyük dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin adının verilməsi məsələsi dəfələrlə ictimaiyyətdə müzakirə olunub. Hazırda universitetin əsas giriş qapısının yaxınlığında Rəsulzadənin büstü qoyulacağı haqqında bildiriş lövhəsi də var. Həmin daş lövhənin üzərində kiril əlifbası ilə “Burada Azərbaycan xalqının böyük mütəfəkkiri, Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadənin büstü qoyulacaq”, yazılsa da, illərdir bu reallaşmır. 

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının, gələn il isə Bakı Dövlət Universitetinin fəaliyyətə başlamasının 100 illiyi qeyd olunacaq. Bu baxımdan universitetə Məhəmməd Əmin Rəsulzadənin adının verilməsi məsələsi yenidən aktuallaşıb.

Tarixə kiçik nəzər salaraq qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu il 1 sentyabr tarixli iclasında Bakıda universitetin təsis edilməsi qərarı qəbul edildi və onun nizamnaməsi təsdiq olundu. Universitet ilk tədris ilini 2 fakültə ilə - tarix-filologiya və tibb fakültələri, 1094 tələbə ilə başladı. Məhəmməd Əmin Rəsulzadə isə ilk illərdə burada Şərq xalqları ədəbiyyatından dərs deyib. Yəni universitetin yaranmasında onun da böyük xidmətləri olub. Çünki yeni qurulan, maliyyə vəsaiti olmayan gənc bir dövlət üçün universitet açmaq və onun maddi təminatını ödəmək o qədər də asan deyildi.

Bu xidmətlərinin müqabilində Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Bakı Dövlət Universiteti bir müddət elə Rəsulzadənin adını daşıdı. Lakin sonradan universitetin adı dəyişdirildi.

Universitetə yenidən Rəsulzadənin adının verilməsi ilə bağlı azedu.az saytı BDU rektoru Abel Məhərrəmovdan müsahibə götürüb. Müsahibədə A. Məhərrəmov belə fikirlər söyləyib: “Azərbaycan Xalq Cümhuriyyətinin yubileyi ərəfəsindəyik. Bakı Dövlət Universiteti AXC-nin oğul övladıdır, ancaq bu ali məktəbin yaranmasında xüsusi olaraq bir şəxsiyyəti fərqləndirmək, bütün uğurları bir nəfərin adı ilə bağlamaq düzgün olmazdı. Universitetə onların hamısının adını vermək olmaz, aralarından birini seçmək isə çətindir”.

Rektor BDU-ya onun yaradıcısının - Məhəmməd Əmin Rəsilzadənin adının qaytarılmasının əleyhinə olmasını daha sonra belə əsaslandırmağa çalışıb: “İkinci məsələ isə odur ki, qabaqcıl dünya təcrübəsində universitetlərə ad verilməsi məsələsi yoxdur, bizdə də buna uyğun qərar qəbul edilib”.

Fazil Mustafa ile ilgili görsel sonucu

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan deputat Fazil Mustafa bildirib ki, yeni və müasir universitet açılmalı, Rəsulzadənin adı həmin universitetə verilməlidir: “Məhəmməd Əmin Rəsulzadənin adının universitetə verilməsini doğru saymıram. Onun adına gələcəkdə yeni, dünya səviyyəsinə çıxa biləcək və dünyada təhsil reputasiyasına görə tanınacaq universitet açmaq olar. Bu universiteti xaricdə də yaratmaq mümkündür. Hər şeyin bir mənəvi tərəfi var. İllərdir ki, BDU-nun qarşısında daş qoyulub ki, burada Rəsulzadənin büstü olacaq. Bu aldatma kimə lazımdır? Daşı götürün oradan, vəssalam də. İnsanların hissləri ilə nə üçün oynayırsız? Rəsulzadənin adına yeni universitet yaradılmalı və bu da nümunəvi təhsil ocağı olmalıdır. Yəni Rəsulzadənin intellektual və böyük dövlət adamı kimliyinə uyğun gəlməlidir. Yəqin ki, bu universitet bir ideya olaraq gerçəkləşə bilər. İndiki şəraitdə isə BDU-ya Rəsulzadənin adını verilməsi heç nəyi dəyişmir. Rəsulzadənin adı Azərbaycan Cümhuriyyətinin özüdür. Cümhuriyyətimizin mövcudluğu Rəsulzadənin də adının əbədiləşməsi deməkdir. Ona görə də bunun üzərində çox da narahatçılıq keçirməyə dəyməz. Kimsə Rəsulzadəyə dəyər vermirsə, bunu özü bilər. Ancaq o cür lövhənin ora vurulması doğru deyil. Rəsulzadə böyük dəyərimizdir. Bu gün Azərbaycan dövləti cumhuriyyətimizin 100 illiyini rəsmi bayram kimi qeyd edirsə, bu faktorları da nəzərə almalıdır. Qeyd etdiyim kimi, Rəsulzadənin təhsil fəlsəfəsinə, Azərbaycan cəmiyyətinin maarifçilik ideyasına daha uyğun gələn universitet yaradılmasına daha çox üstünlük verərdim”.

Dilavər Əzimli ile ilgili görsel sonucu

Tarixçi Dilavər Əzimli də bildirib ki, universitetin adı dəyişdirilməli deyildi: "Bakı Dövlət Universiteti yaranan zaman adsız idi. Belə bir təcrübə vardı ki, universitetlər elə adsız yaranardı. Ancaq sonrada bu ənənə pozuldu və Amerikanın özündə belə Corc Vaşinqton Universiteti yaradıldı. BDU-nun adı mən orada oxuduğum vaxt dəyişdirilib, Rəsulzadə adına Bakı Dövlət Universiteti oldu. Bu, 1991-ci ilə  təsadüf edib.  Sonradan isə bu adın götürülməsi doğru deyildi. Çünki artıq ad verilmişdi. İkincisi də orada Rəsulzadənin büstü qoyulmalı idi, ancaq bu da olmadı. Həmin daş da universitet ərazisinə Əbülfəz Elçibəyi vaxtında qoyulub. O vaxtdan bu günə qədər daş orada qalıb, büst isə düzəldilmir. Azərbaycan fəxr etməlidir ki, dünyaya Rəsulzadə kimi lider verib. Bu adama hər yerdə və hər kəsdə sayğı olmalıdır. Əslində Rəsulzadə cümhuriyyəti idarə edən ürək idi. Digərlərini da o, başına yığımışdı. Bəlkə də Rəsulzadə olmasaydı, onun ətrafında olanlar bir araya gəlməzdilər. Ümumilikdə bu şəxslərin hamısı nəsilli-köklü adamlar idi və birləşib dövlət qurdular. Onların hər biri bizə əzizdir. Lakin danmaq olmaz ki, bu adamların başında Rəsulzadə dayanırdı. Bu, xalq, insan mövqeyidir. Sən öz xalqının nümayəndəsini sevməlisən. Çünki dünya siyasətçiləri də onun adını hörmətlə anırlar. Bütün Azərbaycan onunla fəxr etməlidir. Bu, bir az da mənəviyyat məsələsidir. Abel Məhərrəmov nə edirsə, özü bilər. Ümumən mən də tərəfdarıyam ki, universitetə adam adı verilməsin. Ancaq artıq bu ənənə qoyulub. Rəsulzadənin heykəli BDU-nun həyətində yox, ən uca yerdə ucaldılmalıdır. Onun ətrafında da digərlərinin heykəli qoyulmalı, böyük park yaradılmalıdır. Rəsulzadənin adı ən böyük yerə, ən böyük küçəyə verilməlidir. Universitet nədir ki? Böyük elmi mərkəz yaradıb, Rəsulzadənin adını ora vermək lazımdır. Rəsulzadə olmayan yerdən dövlət yaratdı. Bunu anlamaq lazımdır".

 

шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024