Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd / Redaktor seçimi (21-02-2018, 13:02)
Energetika Nazirliyindəki dəyişiyliklər özbaşınalığın izini itirə bildimi?

Energetika Nazirliyindəki dəyişiyliklər özbaşınalığın izini itirə bildimi?

Bildiyimiz kimi, ilin əvvəlindən Azərbaycan Respublikasının Energetika Nazirliyində struktur islahatları aparıldı. Ölkədə həyata keçirilən islahatlara uyğun olaraq, energetika sektorunda müasir tələblərə uyğun idarəetmə mexanizminin qurulması, bu sahədə fəaliyyətin səmərəlilik və çevikliyinin artırılması, eləcə də Energetika Nazirliyi aparatının optimallaşdırılması məqsədilə qurumun yeni strukturu təsdiqləndi. Aparılan islahatlar çərçivəsində nazirliyin aparatında bir sıra yeni şöbə və sektorlar yaradıldı. Bununla yanaşı, bir sıra şöbələr birləşdirildi və yenidən təşkil olundu. Həmçinin, kommunal xidmətlərin bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması, nəzarət mexanizmlərini daha da təkmilləşdirməklə bu sahənin davamlı inkişafı, enerji təchizatında şəffaflığı və çevikliyi, xidmətlərin sahibkarlar üçün əlçatanlığının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyinin təşkili, Dövlət Enerji Nəzarəti İdarəsi və Dövlət Qaz Nəzarəti İdarəsi, habelə onların yerli bölmələrinin ləğvi ilə əlaqədar Energetika Nazirliyində Təhvil-təslim komissiyası yaradıldı. Komissiyaya İdarələrin istifadəsində olan əmlakın Agentliyin balansına verilməsini təmin etmək, qiymətləndirmə prosesində iştirak, inventarlaşdırma aparmaq, Agentliyin nizamnamə fondunun dəqiqləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq və bu prosesdən irəli gələn digər tədbirləri həyata keçirmək tapşırıldı. Qeyd edək ki, Agentliyin strukturu və işçilərin say həddi təsdiq olunana qədər ləğv edilmiş idarələrin əməkdaşlarının öz funksiyalarını qanunvericiliyə və vəzifə təlimatlarına uyğun olaraq yerinə yetirmələri nəzərdə tutulub. Onu da qeyd edək ki, Samir Əli Hüseyn oğlu Axundov Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində “Enerji Məsələlərini Tənzimləmə Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri təyin edilib. Mediatv.az olaraq redaksiyamızın kollektivi və saytımızın oxucuları inanmaq istəyirik ki, bütün bu islahatlar ilin əvvəlindən ictimailəşdirdiyimiz problemlərin həllinə gətiruib çıxaracaq. Ancaq çifayda... Sadiq oxucularımız xatırlayarlar, Mediatv.az saytında redaksiyamıza daxil olmuş şikayət və onunla bağlı apardığımız araşdırmalar əsasında 16 yanvar 2018-ci il tarixdə "Pərviz Şahbazov enerji sahəsindəki qanunsuzluğun qarşısını ala biləcəkmi?" sərlövhəli yazı təqdim olunmuşdu. Daha əvvəl - 08 yanvar 2018-ci il tarixdə isə həmin məqalənin qayəsini təşkil edən problemlə bağlı hörmətli nazir P.Şahbazova redaksiyamızdan 10/156 saylı sorğu məktubu da göndərmişdik. Sözügedən məqalədə vətəndaşların "ASAN-Kommunal" Mərkəzinə etdikləri müraciətlərin "Azərişıq" ASC-nə yönləndiriləndən sonrakı acı aqibətindən söz açılmışdı. "Azərişıq" ASC-nin mütəxəssislərinin bu əsasda tərtib etdikləri smetalarında ümumi qiyməti formalaşdıran xərc maddələrinin süni surətdə şişirdilməsindən,hətta yerli-dibli çəkilməyən xərclərin də maddələrdə əksini tapmasından, "Azərişıq" ASC-nin istər əhali, istər-qeyri əhali qrupundan olan istelakçıları incitməsindən, bir sözlə, vətəndaşların "cibinə girmə"sindən yazılmışdıq. Xatırlatma üçün həmin məqalədən bəzi sitatların altını cızmağı məqsədəuyğun hesab edirik: "Asan Komunal"da Texniki Şura sədrinin Enerji Nəzarət İdarəsinin Eldəniz Əhmədov adlı əməkdaşının olması, qiymətlərin təyinində məhz onun söz sahibi olması belə qənaətə gəlməyə əsas verir ki, bu idarə özü də rəqəmlərin "şişirdilməsindən" məmnundur.Vətəndaşların rəsmi şikayətini "qulaqardına" vuran Bakı Regional Bölməsinin rəis müavini Nurəddin Şükürov,şikayəti araşdıran müfəttiş Elçin Quliyevv isə sənədləri saxtalaşdırmaqda mahirdir. Vətəndaşın şikayətin araşdırılmasında iştirak etmədiyi halda onun iştirak etdiyini yazması və araşdırmanı istədiyi istiqamətə yönəltməsi onun falsifikasiya(sənəd maxinasiyası) ilə məşğul olduğunu göstərir. Görünür, bu apardığı işin məsuliyyətini hələ dərk etmir. Potensial enerji istehlakçıları bu üç "triyo"nun əlində aciz qalıb.Ləğv edilmiş İdarənin rəis əvəzi cənab Amil Mürsəliyevin imzası ilə redaksiyamıza 25 yanvar 2018-ci il tarixli 22/4-44 saylı cavab məktubu gəldi (Şikayətçi vətəndaşın ərizəsini və bəzi sənədlərin surətlərini qoşma edərək Nazirliyə göndərdiyimiz sorğu aidiyyəti üzrə həmin idarəyə yollanıbmış). Məktub yayındırıcı və "cavab xatirinə cavab" xarakteri daşıyır: "...Məktubunuza cavab olaraq bildirilir ki, 2 saylı "ASAN Kommunal" Mərkəzində Texniki Şuraya sədr təyin edilmiş Dövlət Enerji Nəzarəti İdarəsinin Enerji Müfəttişliyi və Müqavilə Şərtlərinə Nəzarət üzrə Bakı Regional Bölməsinin böyük məsləhətçisi - müfəttişi Eldəniz Valid oğlu Əhmədov Texniki Şura sədrliyindən azad edilmişdir".Aydın məsələdir ki, Eldəniz Əhmədovun işdən kənarlaşdırılması hələ bizim sorğumuza cavab deyildir. Bu hələ rəvac verilmiş qanyunsuzluqların aradan qaldırılması, zorla ciblərinə girilmiş vətəndaşlardan artıq alınmış pulların geri qaytarılması demək deyildir. E.Əhmədov vəzifəsindən kənarlaşdırılması problemin həlli yolu deyil. O və onunla bərabər qanun pozuntusuna yol vermiş Elçin Quliyevin, Nurəddin Şükürovun və digərlərinin məsuliyyət məsələsinə baxılmalıdır.

Mövzuya qayıdacağıq.

шаблоны для dle 11.2

Xəbər lenti
19 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024