Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (9-02-2018, 10:35)
 Şəki sakini "Azəriqaz"dan gileylidir

 

 

 

DİA.AZ: - Şəki rayonu, Baş Göynük kənd sakini Məmmədov Ülkər İsmayıl oğlu DİA.AZ-a şikayət məktubu ünvanlayıb. Narazı vətəndaş yazır:

""Azəriqaz" ASC-nin Şəki rayon şöbəsinin işçiləri 2017-ci ildə nəhayət Baş Göynük kəndinə təbii qaz xəttini şəkib istifadəyə vermişlər. Bunun üçün cənab Prezidentə minnətdarlığımızı bildiririk. 

Çox təəssüflər olsun ki, sayğacquraşdırma zamanı biz - qardaşım Məmmədov Mehrəli İsmayıl oğlu ilə ayrı-ayrı təssərüfat təşkil edib, bir evin ayrı hissələrində yaşasaq da, qaz idarəsi işçiləri iki ailə üçün bir sayğac qoyub gediblər. Biz onlara kənd icra nümayəndəliyindən ayrı-ayrı ailə kimi yaşadığımızı, təsəsrrüfat kitabında da ayrı olduğumuzu bildirən sənəd təqdim etsək də, qulaq asmaq istəmirlər. Deyirlər, bir evdə yaşayırsınız, iki ailə olsanız da... Bizə də icazə vermirlər ki, bir evə iki sayğac quraşdıraq. Məncə bu doğru məntiq deyil. Kim fikirləşib belə qərar qəbul edibsə. Deməli, mən və qardaşım təbii qazdan birlikdə istifadə etməliyik, birlikdə pulunu ödəməliyik. O zaman aramızda dava da düşə bilər ki, "sən qazı çox məsrəf etdin, mən az". O zaman ödəniş edəndə də bu məsləni dəqiqləşdirə bilməyəcəyik. Axı hər birimizin 55 və 58 yaşı var. Hər birimiz uşaqları ilə ayrıca yaşayırıq. 

Cənab Energetika nazirindən, cənab Rövnəq Abdullayevdən və Əkbər müəllimdən bir daha xahişimiz budur ki, qoca anamla birlikdə ayrıca yaşayan qardaşım Mehrəli Məmmədova bir qaz sayğacı, mənim də ayrı yaşayan ailəmə ayrıca qaz sayğacının quraşdırılmasına köməklik göstərəsiniz". 



Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı



Xəbər lenti
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
15 07 2018