Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (14-01-2018, 21:37)
1-ci qrup əlil pay torpağını niyə ala bilmir?

1-ci qrup əlil pay torpağını niyə ala bilmir?

  Mediatv.az-ın redaksiyasına Göyçay rayonu Cəyirli kəndi sakini 1-ci qrup əlil Quliyev Gülağa Əliyar oğlu tərəfindən şikayət məktubu daxil olub.Şikayətçi yazır:Mən Göyçay rayonu Cəyirli kənd sakiniyəm.Bizim ailəyə düşəcək pay torpağımızı saxtakarlıqla satıblar ki, buna görə mətbuatdakı ilk çıxışımdan sonra Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə məni qəbul etdi və torpaqla təmin edilməyim üçün yanımda Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyevə göstəriş verdi.Qəbuldan sonra bələdiyyə sədri Fuad Nəbiyev mənə dedi ki icra başçısı sənin yanında gözdən pərdə asmaq üçün belə deyir. Sonra isə tapşırdı ki, məndən şikayətçi olduğu üçün bir qarışda olsun Güağa Quliyevə torpaq vermə..

Qeyd edim ki, mən 18 dekabr 1969-cu il tarixdə Göyçay rayonu Cəyirli kəndinə doğulub bu günə kimi burada yaşasam da 1998-ci il tarixdə respublikada aparılmış aqrar islahatlar zamanı mənə pay torpağı verilmıəmişdir ki, bu açıq-aşkar qanunsuzluq və saxtakarlıqdır.Hazırda isə 4 nəfərdən ibarət ailə üzvüm var.Heç bir qanunu əsas olmadan mənə pay torpağı verilməmiş bu hüquqdan məhrum edilmişəm.Buna görə Göyçayın icra başçsı Mehdi Səlimzadəyə və Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyrevə dəfələrlə müraciət etsəmdə heç bir tədbir görülməmişdir.Mənə gətirilən bahanə isə tam əsassızdır. Bildirirlər ki, həmin illərdə sən Gəncə Kənd Təssərrüfatı Texnikumunda oxumusan deyə sənə pay torpağı düşməyib.Bu tam əsassız bir yalan bəhanələrdi ki, bunun heç bir qanunu əsası yoxdur.Mən həmin vaxt Gəncə Kənd Təssərrüfatı Texnikumunda oxumağımla əlaqədar müvəqqəti olaraq Gəncə şəhərində yaşasamda faktiki Göyçay rayonu Cəyirli kəndində daimi qeydiyyatda olmuşam və dərs olmayan günlərdə Göyçay rayonu Cəyirli kəndindəki evimizə gəlib yaşamışam.Həmin vaxtı kəndindən kənarda yaşayan vətəndaşların hamısına pay torpağı verilmişdir.

Göyçay rayon Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyev və onun qardaşı Cəyirli kənd icra nümayəndəsi Fərhad Nəbiyev saxtakarlıq yolu ilə torpaqları satıb talayırlar.Nəticədə də kənd cammatı çıxılmaz vəziyyətə düşüb. Bu Nəbiyev qardaşları Cəyirli bələdiyyəsinə məxsus torpaqları qohumlarının adına sənədləşdirib küllü miqdarda kənd sakini olmayan şəxslərə satırlar.

Gəlib yerində obyektiv araşdırma aparılarsa subut olunacaq ki, Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyev saxtakarlıq yolu ilə yaxın qohumlarının adına bələdiyyə torpaqlarını sənədləşdirib satmaqla məşğuldur.Bu yolla o hektarlarla torpaq sahəsini satıb talan etmişdir.Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyev qardaşı Cəyirli kənd icra nümayəndəs Fərhad Nəbiyevlə əlbir olub saxtakarlıqla kəndə məxsus olmuş fermanı ələ keçirib satmışıdılar.Özüm 1-ci qrup əliləm heç bir yerdə işləmirik, istəyimiz odur ki, torpağımız olsun əkin-biçinlə məşğul olub ailəmizi dolandıraq.Torpaqsız kəndli kor insan kimidir.Mən ümüd edirəm ki, müraciətim obyektiv araşdırıb ciddi tədbirlər görəcəksiniz.

Mətbuat vasitəsi ilə ölkə başçısı cənab İlham Əliyevdən və birinci vitse-prezident Mehriban xanım Əliyevadan xahiş edirəm göstərdiyim faktları obyektiv araşdırıb qanunu qaydada mənə pay torpağı verilməsinə köməklik edəsiniz və Cəyirli kənd torpaqlarını saxtakarlıqla satıb talan etmiş Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyevin barəsində tədbirlər görəsiniz.

 

 

 

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024
17 03 2024