Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (10-01-2018, 14:43)
BSU-da “Açıq qapı günü” keçirilib

BSU-da “Açıq qapı günü” keçirilib

 

 

 Bakı Slavyan Universitetində (BSU) payız imtahan sessiyası ilə bağlı “Açıq qapı günü” keçirilib. Tədbirə ölkənin tanınmış təhsil ekspertləri, QHT təmsilçiləri, jurnalistlər və ictimaiyyətin nümayəndələri qatılıb. Təhsil ekspertlərindən Nadir İsrafilov, Şahlar Əsgərov, Kamran Əsədov, KİV-dən AzTV, Space TV, “İki sahil” TV, AzərTac İnformasiya Agentliyi, “Yeni Azərbaycan”, “Azərbaycan müəllimi”, “Xalq” qəzeti, “525-ci qəzet”, “Respublika” qəzetlərinin, Azadinform, Bakıpost, Report, Azpress, Cumhuriyyət, Mediatv.az, Faktinfo, A24 saytlarının əməkdaşları iştirak ediblər.

Qonaqları əvvəlcə BSU-nun rektoru, professor Nurlana Əliyeva qəbul edib və onlara imtahan sessiyası ərəfəsində universitetdə aparılan işlər, imtahanlara hazırlıq barədə məlumat verib. Rektor imtahan sessiyası ərəfəsində hər bir kursun tələbələri ilə ayrı-ayrılıqda görüş keçirdiyini, onlara öz tövsiyyələrini verdiyini, imtahanlarda biliyin yeganə meyar olmasının izah edildiyini bildirib. O, imtahanlara hazırlıq üçün universitetdə hər cür lazımi şəraitin yaradıldığını, məsləhət saatlarının keçirildiyini qeyd edib.

N.Əliyeva BSU-da bu günlər 2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının uğurla davam etdiyini bildirib. O, qeyd edib ki, universitetdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, daxil olan şikayətlərin qısa zamanda araşdırılıb müvafiq qərarların qəbul edilməsi üçün Operativ qərargah və Münaqişə komissiyası yaradılıb. N.Əliyeva bildirib ki, artıq 135-dən çox fən nüzrə imtahan təşkil olunub.

Rektor imtahan prosesində operativliyin təmin edilməsi və şəffaflığın artırılması məqsədilə BSU-nun tədris işləri üzrə portalının “Modul 3” bölməsində bütün kurslar üzrə imtahaların nəticələrinin dərhal elan olunduğunu bildirib.

N.Əliyeva payız imtahan sessiyasında Azərbaycan universitetləri arasında ilk dəfə olaraq BSU-da tələbələr üçün imtahan qərargahı ilə canlı bağlantı imkanın yaradıldığını vurğulayıb. O, adıçəkilən saytda yaradılmış onlayn əlaqə bölməsindən təkcə tələbələrin deyil, valideynlərin də istifadə edərək onları maraqlandıran hər bir sualla bağlı dolğun cavab ala biləcəklərini, imtahan qərargahı ilə birbaşa əlaqə yarada biləcəklərini söyləyib.

N.Əliyeva tətbiq edilən hər bir layihənin, hər bir proqramın başlıca məqsədinin imtahanlarda ədaləti və obyektivliyi təmin etməyə yönəldiyini bir daha xatırladıb.

Sonra qonaqlar Operativ qərargaha baş çəkib, işin gedişi ilə tanış olublar. Qərargahın rəhbəri, professor Rafiq Novruzov burada onlara qərargahın iş prinsipi, tətbiq olunan yeniliklər, şikayətlərin qəbul edilməsi, cavablandırılması və s. barədə ətraflı məlumat verib. O, Bakı Slavyan Universitetinin iş prosesinin səmərəliliyini artırmaq üçün hər zaman innovativ layihələrə hazır olduğunu nəzərə çatdırıb. R.Novruzov bu ildən etibarən universitetdə “Elektron Universitet” layihəsinin tətbiqinə başlanılacağını, tədrisin təşkilinin, imtahan sessiyasının gedişinin və imtahanların yoxlanılması prosesinin elektronlaşdırılacağını qeyd edib.

R.Novruzov hələlik prosesin başa çatmadığını vurğulayıb. Qərargah rəhbəri bildirib ki, şikayətlərə ilkin olaraq fakültələrdə təşkil olunmuş Münaqişə Komissiyalarında baxılır və yalnız şikayətçi razı qalmadığı halda problem Operativ Qərargaha ünvanlannır.

Sonra qonaqlar 3-cü, 4-cü, 5-ci mərtəbələrdə yerləşən auditoriyalarda imtahanların gedişini izləyiblər. Onlar burada kameraların, ağıllı lövhələrin də iş prinsipləri ilə tanış olublar. Jurnalistlər imtahanların gedişinə mane olmamaq şərti ilə imtahan aparan müəllim və nəzarətçilərdən müsahibə alıblar.

BSU-da “Açıq qapı günü” keçirilib
BSU-da “Açıq qapı günü” keçirilib

BSU-da “Açıq qapı günü” keçirilib
BSU-da “Açıq qapı günü” keçirilib
BSU-da “Açıq qapı günü” keçirilib

шаблоны для dle 11.2

Xəbər lenti
19 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024