Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (16-12-2014, 21:46)
1200-dək daşınmaz əmlaka dair çıxarış verilib

Mobil ofislər vasitəsilə 2100 məntəqədə 15 min vətəndaşa qeydiyyat xidmətləri göstərilib

«Daşınmaz əmlakın dövlət reyestri haqqında» qanun qüvvəyə minən tarixədək vətəndaşlara verilmiş mülkiyyət sənədləri, o cümlədən, mülkiyyət hüquqlarını təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri kütləvi qaydada dövlət reyestrindən çıxarışlarla əvəz edilir. Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bu ilin noyabr ayından etibarən vətəndaşlara əvvəllər verilmiş mülkiyyət barədə aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri kütləvi şəkildə çıxarışlarla əvəz olunması kampaniyasına start verib.

Komitənin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Qulu Xəlilov «Həftə içi»nə bildirir ki, kampaniya çərçivəsində dövlət reyestrindən çıxarışlar mobil ofis xidmətləri vasitəsilə birbaşa yerlərdə təqdim olunur. Belə ki, vətəndaşlar əvvəllər yaranmış mülkiyyət hüquqlarına dair sənədlər əsasında dövlət reyestrindən çıxarışları ərazi qeydiyyat idarələrinə getmədən bilavasitə yerlərdə əldə ediblər. Mobil ofislər vasitəsilə çıxarışların verilməsində məqsəd rahatlıq və çevikliyi təmin etmək, vaxta qənaət etmək və vətəndaş məmnunluğunu artırmaqdır.

Onun dediyinə görə, kampaniyalar indiyədək Saatlı, Şəmkir, Abşeron, Cəlilabad, Qəbələ və Şəki rayonunlarında keçirilib. Ümumilikdə, 1200-ə yaxın vətəndaş kampaniyadan faydalanıb: “İndiyədək mobil ofislər vasitəsilə 2100 məntəqədə 15000 vətəndaşa qeydiyyat xidmətləri göstərilib. Saatlı və Şəmkir rayonlarında 300-ə yaxın, Abşeron və Cəlilabad rayonlarında 400-ə yaxın, Qəbələ və Şəki rayonlarında isə 450-ə yaxın vətəndaşın əvvəllər yaranmış mülkiyyət hüquqlarını təsdiq edən sənədləri dövlət reyestrindən çıxarışlarla əvəz olunub».

Sektor müdiri vurğulayır ki, ƏMKD tərəfindən həyata keçirilən bu kampaniya daşınmaz əmlakla bağlı alqı-satqı proseslərini stimullaşdırmaqla daşınmaz əmlak bazarının inkişafına müsbət təsirini göstərəcək.

Xatırladaq ki, bu kampaniya respublikanın digər şəhər və rayonlarında da mütəmadi olaraq davam etdiriləcək.

Təbriz Vəfalı

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024