Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (16-12-2014, 16:05)
“Dərman bazarı monopoliyadadır” – Vahid Əhmədov

“Biz bilirik ki, ölkədə dərman bazarı monopoliyadadır. Bunu heç kim gizlətməsin. İstənilən sahibkar gedib Türkiyədən Azərbaycana dərman gətirə bilməz”. 

 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri deputat Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən səsləndirib.  Deputat qeyd edib ki, dərman vasitələri daxili bazarlarda müxtəlif qiymətlərə satılır: “Bu, bazar iqtisadiyyatıdır və mən bunu başa düşürəm. Bu dəyişiklik ölkə prezidenti tərəfindən Milli Məclisə təqdim olunub. Bu dəyişiklikdə dövlət qeydiyyatında olan dərmanlar sözləri işlədilib. Yəni dövlət qeydiyyatında olmayan dərmanlar da var? Bu o deməkdir ki, istənilən dərmanı gətirmək olar, istənilən qiymətə satmaq olar. Bəzi dövlətlərdə dərmanların qiymətində yuxarı hədd qoyurlar. Ondan yuxarı keçmək olmaz. Aşağı həddə isə istənilən qiymətə sata bilərsən. Əgər biz dərman vasitələrinin qiymətini tənzimləmək istəyiriksə, o zaman “Rəqabət Məcəlləsini” qəbul edək. Biz bilirik ki, ölkədə dərman bazarı monopoliyadadır. Bunu heç kim gizlətməsin. İstənilən sahibkar gedib Türkiyədən Azərbaycana dərman gətirə bilməz. Kimlərə nə aiddir, bunu da Azərbaycan cəmiyyəti çox gözəl bilir. Bu qanun da bir qədər qaranlıq yazılıb. Qanunun qəbul edilməsi dərmanların qiymətinə heç bir təsir etməyəcək. Bu yalnız müəyyən qruplara xidmət edən dəyişiklikdir. Təklif edirəm ki, byu qanun layihəsinin üstündə yenidən işlənilsin”.

 

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024