Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (8-12-2014, 22:58)
Azərbaycanda qorunmayan əmanətlərin həcmi artır

Samir Əliyev: «Əmanət qoyuluşundan əldə edilən gəlirə tətbiq edilən güzəştin müddəti uzadılmasa, bu problem daha da dərinləşəcək»

Bu ilin doqquz ayın yekunlarına görə, Azərbaycanda fiziki şəxslərin ümumi əmanətləri 6,6 milyard manat olub. Əmanətlərin Sığortalanması Fondunun yaydığı məlumatda əsasən, qorunmayan əmanətlər 3,14 milyard manat (47,6 faiz), qorunan əmanətlər 3,42 milyard manat (52 faiz), sığortalanan əmanətlər isə 1799 milyon manat təşkil edib.

Müqayisə üçün bildirək ki, 2013-cü ilin eyni dövründə fiziki şəxslərin cəmi əmanətlərinin (5,8 milyard manat) 34 faizini (1,97 milyard manat) qorunmayan əmanətlər, 66 faizini (3,87 milyard manat) isə qorunan əmanətlər təşkil edib. Yəni, son bir ildə qorunmayan əmanətlərin xüsusi çəkisi 14 faizə yaxın artıb.

Qorunan əmanətlərin 63 faizi manatın, 33 faizi ABŞ dollarının və 4 faizi Avronun payına düşür.

Hazırda Əmanətlərin Sığortalanması Fonduna üzv banklar tərəfindən 6 347 min əmanətçiyə xidmət göstərilir ki, onların da 5 745 min (90,5 faiz) nəfəri qorunan əmanətçidir. Qorunan əmanətçilərin 99,68 faizinin (5 726 min nəfər) əmanəti 30 min manata qədərdir və 100 faiz sığortalanır. Qorunan əmanətçilərin 0,32 fazinin əmanəti qismən sığortalanır.

Bəs, görəsən, ölkədə qorunmayan əmənətlərin həcminin artmasınam səbəb nədir?

Mövzu ilə bağlı fikirləri bölüşən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev deyib ki, ölkədə sığortalanmayan əmanətlərin payı son bir ildə 34 faizdən 47,6 faizə yüksəlib. Yəni əhalinin banklara yatırdığı hər 100 manatın ancaq 52,4 manatı sığortalanır: «Əmanətlərin Sığortalanması Fondunun 2014-cü ilin üç rübü üçün açıqladığı hesabata əsasən, qorunmayan əmanətlərin həcmi 3,14 milyard manata çatıb. 2013-cü ilin eyni dövründə onun həcmi 1,97 milyard manat olmuşdu. İl ərzində 1,17 milyard manatlıq əmanət 9 faizdən yuxarı faizlə yerləşdirilib və buna görə də sığortadan kənarda qalıb. Bu müddətdə qorunan əmanətlərin həcmi 450 milyon manat azalaraq 3,42 milyard manata düşüb.Qorunan əmanətlərin azalması kompensasiya olunmuş əmanətlərə də təsir edib. İl ərzində kompensasiya olunmuş əmanətlərin həcmi 105 milyon manat azalaraq 1,8 milyard manata düşüb. Qorunan əmanətlərin 53 faizi kompensasiya olunur».

Ekspert hesab edir ki, Əmanətlərin Sığortalanması Fondunun son hesabatının təhlili əmanətlərin sığortalanması mexanizminin təkmilləşdirilməsinə ehtiyac olduğunu göstərir. Samir Əliyevin sözlərinə görə, ölkə üzrə əmanətlərin cəmi 30 faizi sığorta mexanizminin təsir dairəsinə düşür. Yerdə qalanlar həm qorunmadıqlarına, həm də məbləği 30 min manatdan çox olduğuna görə sığortadan kənardır: “Ölkədə kredit faizlərinin aşağı salınması məqsədilə əmanətlərin sığortalanma faizlərinin mərhələlərlə 12 faizdən 9 faizə endirilməsi kredit bazarına ciddi təsir etməsə də, əmanət bazarında faizləri xeyli aşağı salıb. Təbii ki, aşağı faizlər əmanət bazarının böyümə sürətini azalıb. 2013-cü ilin 10 ayı ərzində əmanət qoyuluşu 1,2 milyard manat artdığı halda bu ilin müvafiq dövründə artım 2 dəfəyədək azalaraq 600 milyon manat təşkil edib. Əvvəllər gözləmə mövqeyi tutan əhali indi çəkinmədən əmanətlərini yüksək faiz verən banklara həvalə edir. Kompensasiya olunan əmanət yatırımlarının orta məbləği 314 manat olduğu halda qorunmayan əmanətçilərdə bu göstərici təxminən 5216 manatdır. Artıq yüksək faiz ehtirası etibarlı olan az faizi üstələyir».

Samir Əliyev deyib ki, hökumət əmanət qoyuluşundan əldə edilən gəlirə tətbiq edilən güzəştin müddətini uzatmasa, sığortalanmayan əmanətlərin payı daha da artacaq. Çünki “Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında” qanun bu il qüvvədən düşür. Deməli, güzəşt müddəti uzadılmasa, 2015-ci ildən başlayaraq əmanət faizlərindən gəlir vergisi tutulacaq. Bu isə əhalini yüksək faizli əmanət təklifinə yönəldəcək. Fond isə faktiki olaraq 6,6 milyard manatlıq əmanətin 1,8 milyard manatına zəmanət verir: “Yəni banka qoyulan hər 100 manatın yalnız 30 manatının taleyinə 100 faiz zəmanət var. Deməli, 4,8 milyard manatlıq əmanətin taleyi bankın gələcək fəaliyyətindən və onun maliyyə vəziyyətindən asılır».

Samir Əliyev vurğulayıb ki, dünyanın 100-dan çox ölkəsində tətbiq edilən əmanətlərin sığortalanması mexanizmi əhalinin bank sektoruna inamını artırmaq, bank sektorunda dayanıqlığı təmin etmək məqsədi daşıyır. Onun sözlərinə görə, Azərbaycan bəlkə də sığorta mexanizminin əmanətin faiz dərəcəsinə tətbiq edildiyi yeganə ölkədir: “İlkin araşdırmanın nəticəsi bunu göstərir. Çünki digər ölkələrdə əmanət faizinə münasibətdə sığortalanma mexanizminin tətbiqi təcrübəsinə rast gəlinməyib. Azərbaycanın mövcud sığorta mexanizmi daha çox bankların mənafeyinə cavab verir, nəinki müştərilərin. Mexanizmin təkmilləşdirilməsinə ehtiyac var. Düzdür, faiz limiti götürülsə, banklar yenidən əmanətlərin faiz dərəcələrini qaldırmağa qaçacaqlar. Ancaq reallıq göstərdi ki, gözlənilənlərə rəğmən əmanət faizlərinin aşağı salınması kredit bazarına ciddi təsir göstərmədi. Əmanətlə kredit faiz dərəcələri arasındakı fərqin artması yalnız bankların qazancının artması ilə nəticələndi”.

Belə vəziyyətdə Mərkəzi Bank əmanətlərin sığortalanması mexanizminin səmərəliyini artırmaq üçün addımlar atmalıdır. Kompensasiya məbləğinin artırılması, məsələn, 30 min manatdan 50 min manata çatdırılması yaxşı olardı. Digər dəyişiklik sığortanın tətbiq edildiyi faiz limitinin (9) aradan qaldırılması ola bilər. Onsuz da banklar, xüsusən də kiçik banklar yüksək faiz təklif edir və əhali bu təklifdən yararlanır. Bunun yollarından biri əmanətin faiz dərəcəsi ilə sığorta haqlarının məbləği arasında əlaqə yaratmaqdır. Yəni bank nə qədər yüksək faizlə əmanət cəlb etsə, fonda bir o qədər də yüksək sığorta haqqı ödəsin. Bu, bankları daha məsuliyyətli olmağa sövq edə bilər».

Sevinc

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024