Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (4-12-2014, 11:55)
Avropanın Azərbaycana ehtiyacı artır


Zəfər Vəliyev: “Azərbaycanın həyata keçirdiyi enerji layihələri Avropanın enerji təhlükəsizliyinə hesablanmış layihələrdir”

 

Məlumat verildiyi kimi, Rusiya Avropaya qaz nəqlini nəzərdə tutan "Cənub axını” layihəsindən imtina etdi. Moskva "Cənub axını”ndan vaz keçərək artıq Türkiyə ərazisindən keçməklə Avropanın cənubuna qaz nəql etməyi qərara alıb. Maraqldır, bu hal Azərbaycanın Avropa ilə enerji münasibətlərinə nə vəd edir? Avropa Azərbaycandan daha böyük həcmdə qaz almağa başlaya bilərmi? Ən əsası Azərbaycan üzərindən keçməklə Orta Asiyandan enerji ehtiyatlarının idxalı istiqamətində Avropanın fəaliyyətinin genişlənəcəyini gözləmək olarmı?
Ekspert Zəfər Vəliyev bildirdi ki, Rusiyanın "Cənub axını”ndan imtina edərək, qaz ixracı üzrə istiqaməti Türkiyə üzərinə yönəltməsi, Azərbaycanın Avropa ilə enerji münasibətlərinə hər hansı bir təhlükə törətməyəcək: "2013-cü ildən başlayaraq Avropa Komissiyası qüvvədə olan Üçüncü Enerji Paketinin şərtlərinə uyğun olmadığını əsas gətirməklə Rusiyanın həyata keçirmək istədiyi "Cənub axını” ilə bağlı narahatçılığını ifadə edirdi. Avropa yaxın on il ərzində dəstəkləyəcəyi layihələr sırasında "Cənub axını”nı prioritet layihə hesab etmirdi. Bu baxımdan həmin layihənin sona kimi reallaşmasında Rusiya ciddi problemlərlə üzləşmişdi. Avropa Komissiyası üstünlüyü Cənub Qaz Dəhlizi çərçivəsində gerçəkləşəcək TANAP və TAP layihələrinə verir. 2014-cü ilin əvvəlində Krımın anneksiyasından sonra Avropa Birliyi, ABŞ-la Rusiya arasında ciddi siyasi qarşıdurmalar müşahidə olunmaqdadır. 
Bu fonda Rusiyaya sektoral sanksiyalar tətbiq edildi. Son anda Bolqarıstan "Cənub axını” layihəsində iştirakını dayandırdığını bəyan etdi. Belədə, "Qazprom”un adı çəkilən layihəni gerçəkləşdirmək imkanları tamamilə məhdudlaşdı. Prezident Vladimir Putinin Türkiyəyə səfərindən sonra bəyan edildiyi kimi, "Cənub axını” layihəsi tam dayandırıldı. Avropanın yaxın 10 ildə qaza olan tələbatı daha da artacaq. Analitiklər bəyan edir ki, 2030-cu ildə Avropanın bu tələbatı 600 milyard kubmetr civarında olacaq. Bu tələbatın da 400 milyard kubmetrə qədər olan əsas hissəsi idxal əsasında gerçəkləşəcək. Ona görə də "Cənub axını” layihəsinin dayandırılması və alternativ layihələr üzərində işləmək bu gün prioritet məsələlərdəndir.
 "Şahdəniz” qaz kondensat yatağı kəşf edildikdən sonra onun Avropa bazarına çıxarılması ilə bağlı bir neçə layihə yarandı. Onlardan biri «Nabukko» layihəsi idi. Lakin onun həyata keçirilməsi mümkün olmadı və alternativ olaraq TAP layihəsi gündəmə gəldi. "Cənub axını” layihəsi isə Avropanın cənubunun qaz təchizatını nəzərdə tutan layihə idi. Onun illik ötürücülük gücü 63 milyard kubmetr olmalıydı. Həmin kəmər Qara dənizin Rusiya və Türkiyə sərhədindən keçərək Bolqarıstan, Serbiya, Macarıstan, Sloveniya və İtaliyanın şimalında Proviziya qaz kompressor stansiyasında sona çatmalı idi. Lakin bu baş tutmadı.
Putinin Ankara səfərində Türkiyəyə satılan qazın həcmini artırmaq məsələsi də gündəmə gəlib. 2013-cü ildə Türkiyə Rusiyadan 26 milyard kubmetr qaz idxal edib. Müzakirələrdə "Mavi axın” kəməri üzrə qaz verilişinin həcmini 16 milyarddan 19 milyard kubmetrə qaldırmaq nəzərdə tutulub. Keçən il Türkiyənin qaza olan tələbatı 42 milyard kubmetr həndəvərində olub. Ankara onun bir hissəsini Rusiyadan, 10 milyard kubmetr qazı İrandan, bir hissəsini də Bakı-Tiflis-Ərzurum qaz kəmərindən idxal edir. Həmçinin, məhdud miqdarda Əlcəzairdən sıxılmış mavi qaz alır. Putinin səfəri fonunda paralel olaraq ikinci kəmərin açılması da danışıqlar predmeti olub. Onun da layihə gücü 63 milyard kubmetr olub. Onun 14 milyard kubmetri Türkiyənin daxili tələbatı üçün nəzərdə tutulub, yerdə qalan hissə isə ola bilər Avropanın cənub ölkələrinin qazla təminatına yönəlsin. 2030-cu ilə qədər Avropanın qaza tələbatı 600 milyard kubmetr təşkil edəcəksə, bu halda Putinin "Cənub axını”ndan imtina edərək, Türkiyə ilə anlaşması, Azərbaycan dövlətinin həmin istiqamətə yönələn enerji layihələrinə heç bir təhlükə doğurmayacaq. Həm də Rusiya ilə Türkiyə arasında aparılan bu danışıqlar hələlik ciddi səviyyəyə qalxmayıb. 
Danışıqlarda ola bilər "Mavi axın” kəmərinin layihə gücünün 16-dan 19 milyard kubmetrə qaldırmaq barədə razılığa gəlinsin. Amma ikinci kəmərin çəkilişi hələ müzakirə obyektidir. Azərbaycanın həyata keçirdiyi enerji layihələri Avropanın enerji təhlükəsizliyinə hesablanmış layihələrdir. Azərbaycan da Avropa ölkəsi olduğundan karbohidrogen ehtiyatları təbii ki, bu istiqamətə yönəlməlidir. Bu yaxınlarda Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Türkmənistana səfəri oldu. Orada da qaz alqı-satqısına dair müqavilə bağlandı. Təbii ki, yaxın perspektivdə Türkmənistan Avropa bazarlarına qaz ixrac etmək istəyirsə, onu Azərbaycan üzərindən həyata keçirməlidir. Çünki, ölkəmiz bu istiqamətdə hər cür infrastruktura malikdir. 
Dəfələrlə Azərbaycan rəsmiləri bəyan edib ki, ölkə ərazisində həyata keçirdikləri enerji layihələrində Mərkəzi Asiyanın türk cümhuriyyətləri üçün də yer ayırıblar. Qazaxıstan və Türkmənistan hasil etdiyi neftin bir hissəsini məhz Azərbaycan üzərindən dünya bazarına çıxarır. Geç-tez «Transxəzər» layihəsi gerçəkləşəcək. Avropa bazarları Türkmənistan üçün də cəlbedici sayılır. Bu baxımdan Türkmənistan qazının müəyyən hissəsinin Azərbaycan üzərindən Avropaya ixracı həm Aşqabad, həm Bakı, həm də Avropa ölkələri üçün sərfəlidir. 2018-ci ildən sonra çox mümkün ki, Türkmənistanın da Avropaya qaz ixracının şahidi olacağıq. TANAP, TAP layihələri gerçəkləşəcək. Bundan sonra, Türkmənistanın 10-20 milyard kubmetrə qədər qazının Azərbaycan üzərindən Avropaya ixracı məsələsi reallaşacaq. Avropa bu istiqamətdə də alternativ enerji kəmərlərinin çəkilişində maraqlıdır. 
Çünki, Avropa Komissiyasının Üçüncü Enerji Paketinin şərtlərinə görə, prosesdə rəqabət olmalıdır. Rusiyanın "Cənub axını” layihəsinin gerçəkləşməsinə ona görə imkan verilmədi ki, bu layihə həmin şərtlərə ziddir. Avropa imkan verməz ki, bu bazarda Rusiyanın "Qazprom” şirkəti monopolist hüquqa malik olsun. Gələcəkdə, Avropa istiqamətinə İran və İraq qazının gerçəkləşməsi də mümkündür. Bu baxımdan Ankara görüşünün Azərbaycanın enerji bazarı üçün ciddi təhlükəsi yoxdur. Azərbaycan Avropanın enerji bazarında müəyyən paya malik olacaq”. 
шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024