Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (3-12-2014, 13:25)
Azərbaycanla Türkiyə sənaye sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanla Türkiyə sənaye sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Türkiyənin elm, sənaye və texnologiya naziri Fikri Işıkla görüşüb

 

“APA-Economics”in məlumatına görə, görüşdə Ş. Mustafayev Azərbaycan və Türkiyə arasında siyasi və iqtisadi əlaqələrin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini və əməkdaşlığın bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini vurğulayıb: “Hazırda Azərbaycanda 2500-ə yaxın türk şirkəti fəaliyyət göstərir ki, bu da Azərbaycandakı xarici şirkətlərin 36%-dən çoxunu təşkil edir. Ölkəmizdə həyata keçirilən layihələrin bir çoxunda Türkiyə şirkətləri podratçı qismində də iştirak edirlər. Digər sahələrdə olduğu kimi, "Şahdəniz-2", TAP və TANAP layihələri çərçivəsində ölkələrimiz arasında uğurlu enerji əməkdaşlığı davam etdirilir”.
 
Nazir qeyd edib ki, Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin, o cümlədən sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var.
 
Görüşdə 2014-cü ilin Azərbaycanda "Sənaye ili" elan edildiyi vurğulanıb, bu sahədə görülən işlər, eləcə də sənaye parklarında rezidentlər üçün yaradılmış əlverişli imkanlar barədə məlumat verilib, türkiyəli sahibkarların bu imkanlardan yararlana biləcəyi də diqqətə çatdırılıb.
 
Türkiyəli nazir uğurla inkişaf edən Azərbaycan-Türkiyə əlaqələrinin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib. F. Işık digər sahələrdə olduğu kimi, sənaye sahəsində də iki ölkə arasında əlaqələrin inkişafının vacibliyini diqqətə çatdırıb, təcrübə mübadiləsinin aparılmasını, sənayenin müxtəlif sahələrində əməkdaşlıq imkanlarını qeyd edib. 2014-cü ilin Azərbaycanda "Sənaye ili" elan edilməsini yüksək qiymətləndirən F. Işık Türkiyədə sənayenin inkişafı üçün görülən işlərdən bəhs edib.
 
Görüşdə sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi üçün konkret istiqamətlər üzrə müzakirələr aparılıb.
шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024