Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (4-11-2014, 17:23)
Azərbaycanda problemli kreditlər

Mərkəzi Bank yanvar-sentyabr ayları üzrə statistik məlumatları açıqlayıb

 

Mediatv.AZ yerli mətbuata istinadən bildirir ki, bu barədə iqtisadçı Samir Əliyev facebook hesabında yazıb. Açıqlanan statistikada bildirilir ki, 9 ay ərzində problemli kreditlərin payı və həcmi artmaqda davam edib. Oktyabrın 1-i tarixinə vaxtı keçmiş kreditlərin həcmi rekord həddə - 973,2 milyon manata çatıb. Cari ilin 9 ayında belə kreditlərin həcmi 180,4 milyon manat və ya 22,8% artıb. Problemli kreditlərin 79%-i manatın payına düşüb. Uzunmüddətli kreditlərin xüsusi çəkisi isə 56%-ə yaxın olub. Ümumi kreditlərdə problemli kreditlərin payı 5,5% təşkil edib.
Eyni zamanda bankların aktivləri azalıb. Oktyabrın 1-i tarixinə ölkə banklarının aktivləri əvvəlki ayla müqayisədə 41 milyon manat azalaraq 23,6 milyard manata düşüb. Azalmağa səbəb müxbir hesablardakı vəsaitlərin və investisiyaların azalmasıdır. Maliyyə sektoruna verilmiş kreditlər və depozitlərin azalması da aktivlərin azalmasını şərtləndirib.
Əmanət qoyuluşu da azalıb. 9 ayda artıq üçüncü aydır ki, əmanət qoyuluşunda azalma müşahidə edilir. Sentyabrda əmanət qoyuluşu 33 milyon manat azalaraq 6959,7 milyon manata düşüb. Azalma həm milli, həm də xarici valyuta üzrə baş verib. Uzunmüddətli əmanətlər 4,7 milyon manat artdığı halda qısamüddətli əmanətlər 37,9 milyon manat azalıb. 
Mənfəətlə işləyən bankların sayı artıb. Sentyabr ayında daha 2 bank mənfəət əldə edib və bununla onların sayı 38-ə yüksəlib. Zərərlə işləyən bankların sayı müvafiq olaraq 6-ya düşüb.
шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024