Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (2-11-2014, 13:51)
Neft faciəsi yaşayacağıq?

Pessimistlər gəlirlərin azalmasının ciddi zərər verəcəyini düşünürlər

 

Dünya bazarlarında neftin qiymətinin düşməsinin Azərbaycana təsirsiz ötüşməsini söyləmək çətinləşsə də, ölkə iqtisadiyyatı üçün fəsadlar yaratma ehtimalının azalacağını söyləmək də asan deyil. Azərbaycanda büdcə gəlirlərinin böyük hissəsinin neftdən gələn gəlirlərdən formalaşmasını nəzərə alsaq, neftin qiymətinin qarşıdakı dövr üçün 60 dollaradək ucuzlaşması barədə proqnozlar bəzi bədbinliyə yol açır. 
ANS PRESS-in məlumatına görə, bu məsələ ilə bağlı iqtisadçı-ekspertlər bildiriblər ki, statistikaya görə, ölkəmizdə büdcənin 70 faizi dolayı və birbaşa neftdən asılıdır. İxracın 95 faizdən çoxu isə neft və qaz məhsulları təşkil edir. Ölkədə yaradılan iqtisadi modeldə neft və qaz ölkənin büdcəsinin formalaşmasında təqribən 80-85%, xarici ticarətdə isə 90-95% rol oynayır. Azərbaycanın gün ərzində təqribən 700 min barrel neft hasil edir. 
Onların fikrincə, dünya bazarında neftin qiymətinin düşməsi gözlənilən idi və bu ucuzlaşma Qərbin Rusiyaya qarşı tətbiq edilən sanksiyaların tərkib hissəsidir. Neftin qiymətinin düşməsi həm də ABŞ-da xammal ehtiyatlarının artımı ilə bağlıdır. Bu dəyişiklik Azərbaycan üçün arzuolunmaz haldır və bu, ölkə iqtisadiyyatı ilə yanaşı, milli valyutanın məzənnəsinə ciddi təsir göstərə, büdcənin icrası ilə bağlı problem yarada bilər. 
Sosial şəbəkələrdə baş verən prosesin Azərbaycan üçün o qədər də problem yaratmayacağı qənaətində və ciddi fəsadlar yaradacaq fikrində olanlar da var. 
Optimist fikirdə olanlar düşünürlər ki, indi dünya bazarında Azərbaycan neftinin qiyməti təqribən 90 dollara yaxındır. Gələn ilin büdcəsində neftin qiymətinin 90 dollar hesablanması ciddi problemlər yaratmayacaq. Ümumi problemlər yaranarsa, bunun üçün Azərbaycanın 53 milyard dollarlıq ehtiyat fondu var.
Pessimist olanlar isə fikirlərini neft-qaz gəlirlərinin azalmasının ciddi zərər verəcəyini düşünürlər: “Neft-qaz gəlirləri azaldıqda büdcəyə transferlər, layihələr azalacaq. Bu zaman layihələr üzrə çalışanların sayı və gəlirləri düşəcək, bu sahəyə birbaşa aidiyyəti olmayan şirkət və insanların gəlirlərinin və vergilərinin azalması ilə nəticələnəcək. Bir sözlə, neftin qiymətinin və gəlirlərin azalması ciddi problemlər yaradacaq.”
Neftin qiymətinin bir dollar ucuzlaşması Azərbaycan üçün hər gün 700 min dollar itki deməkdir. Hazırda Azərbaycan neftinin orta qiyməti təqribən 90 dollar/barrelə yaxındır. 
Ümumiyyətlə, neftin ucuzlaşması dünyada əksər neft ixrac edən ölkələrin büdcəsini çətin vəziyyətə salır. İndi bir çox ölkə bu çətinliyi hiss edir. Venesuela OPEC-in fövqəladə yığıncağının çağrılmasını təklif edib. Noyabrın 27-də növbəti yığıncaq keçiriləcək. Bəzi müşahidəçilər və analitiklər Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) noyabrda hasilatı dayandırıb-dayandırmayacağını gözləyirlər.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024