Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (23-09-2014, 22:36)
"Səbail rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər"

 

Bu rayonu adətən «paytaxt içində paytaxt» da adlandırmaq olar. Söhbət Səbail rayonundan gedir. Bu cür bənzətmə heç də təsadüfi deyil. Azərbaycan Respublikasının əsas idarəetmə orqanları – Prezident Administrasiyası, Milli Məclis, Nazirlər Kabineti, Konstitusiya Məhkəməsi, Bakı şəhər İcra Hakimiyyəti, Hökumət evi, bir sıra nazirliklər, o cümlədən əsas güc nazirlikləri – Daxili İşlər, Müdafiə və Milli Təhlükəsizlik Nazirlikləri, Dövlət Komitələri, ölkədə fəaliyyət göstərən 13 xarici dövlətin səfirlikləri, bir sıra beynəlxalq təşkilatlar və şirkətlərin ofisləri də məhz Səbail rayonunun ərazisində yerləşir. Məlum səbəbdən digərləri ilə müqayisədə rayonun sosial-iqtisadi inkişafına daha çox diqqət yetirilir. Çünki ölkəmizdə səfərdə olan xarici qonaqların, iş adamlarının, siyasətçilərin və s. üz tutduğu əsas məkanlar məhz Səbail rayonunun ərazisindədir.

Səbail rayonu qədimliyi və Bakının mədəniyyət məorkəzi olması ilə də digər rayonlardan fərqlənir. Bakılıların və şəhərimizin çoxsaylı qonaqlarının əsas ziyarət yeri olan «Şəhidlər Xiyabanı» və «Fəxri Xiyaban», Heydər Əliyev Fondu, UNESKO-nun «Dünya İrs siyahısı»na salınmış İçəri şəhər Dövlət Tarix Memarlıq Qoruğu, unikal mədəniyyət incisi olan Muğam Mərkəzi və «Üns» yaradıcılıq mərkəzi, habelə bir sıra istirahət və gəzinti obyektləri, o cümlədən «Fəvvarələr Meydanı», Nizami küçəsi və küçənin əhali arasında «Torqovaya» adlandırılan hissəsi, Dənizkənarı Milli Bulvar, «Azadlıq meydanı», Bakı Funikulyoru rayonunun ərazisindədir. Bakının və eləcə də respublikanın əsas mədəniyyət mərkəzləri, o cümlədən 7 teatr, filarmoniya, 2 kinoteatr, 5 kitabxana, 15 muzey, 5 mədəniyyət evi Səbail rayonunda fəaliyyət göstərir. Ərazidə müxtəlif elm, incəsənət korifeyləri, müharibə və ədəbi qəhrəmanların şərəfinə ucaldılmış heykəl və büstlər, 3 park və 12 istirahət bağı var.

Sadalanan mərkəzlər rayonunun sosial-iqtisadi inkişaf imkanlarının genişlənməsində xüsusi rol oynaya bilər. Əgər dünyanın paytaxt şəhərlərinin müqayisəsini aparsaq turizm sahəsindən əldə edilən gəlirlərin sosial-iqtisadi inkişafdakı payının əyani şahidi olarıq.

Məsələn Parisdəki məşhur «Mulen Ruj» kabaresinə hər il 100 mindən artıq insan baş çəkir. Buraya giriş təxminən 80 avro təşkil edir. Paris tək bu tarixi abidədən ildə 8 milyon avroya yaxın vəsait əldə edir.

Məsələn Londonun məşhur Tauer qəsrini ziyarət etmək istəyənlər böyüklər üçün 15, tələbələr üçün isə 10 funt-sterlinq vəsait ödəməlidir. Madam Tüsso muzeyinə bir nəfərin baş çəkməsi isə ona 21 funt-sterlinqə başa gəlir. Bu rəqəmləri ümumiləşdirsək Londonun tək bu iki mədəniyyət ocağından əldə etdiyi gəlir milyonlarla funt-sterlinqə bərabər olduğunu görərik.

Söhbətləşdiyimiz ekspertlərin bir çoxu vurğulayır ki, Səbail rayonu paytaxtın mərkəzi hissələrini əhatə etdiyi üçün burada iri sənaye müəssisələrinin fəaliyyəti mümkün deyil. Bu səbəbdən rayonun sosial-iqtisadi inkişaf perspektivləri arasında ən böyük üstünlük məhz tarixi turizmə verilməli, xidmət sahələrinin inşafına xüsusi diqqət yetirilməlidir. Bu planların həyata keçirilməsi üçün rayonun bütün imkanları mövcuddur. Belə ki, İçəri şəhər Dövlət Tarix Memarlıq Qoruğu tarixi turizm sahəsində yüksək gəlir əldə etmək üçün unikal imkanlar yaradır. Paytaxt qonaqlarının diqqətini cəlb etmək üçün burada Azərbaycan xalqının milli-adət-ənənələrini özündə təcəssüm etdirən yarmarkaların təşkili də mümkündür. Rayonun səlahiyyətli orqanlarının təşəbbüsü ilə təşukil olunacaq bu yarmarkalardan müxtəlif layihələrin reallaşmasına imkan verəcək maliyyə vəsaitlərinin əldə edilməsi imkanları xeyli yüksəkdir.

Onu da bildirək ki, avqustun 26-da Azərbaycan Xalça Muzeyinin yeni binasının açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Muzeyin yeni binasının yaradılması işində Heydər Əliyev Fondunun və UNESCO-nun müvafiq dəstəyi və köməyi olub. Orijinal üslubda inşa olunan bina bükülmüş xalçanı xatırladır. Hazırda muzeyin sərgi və fondlarında 13 min 300-dən artıq eksponat və əşya saxlanılır. Muzeydə xalça və xalça məmulatları, metal məmulatlar, parça, geyim və tikmə, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiya mühafizə olunur. Bu kolleksiyanın ziyarətçilərə təqdimatı üçün binada ideal şərait yaradılıb. Muzeyin fondunda mövcud olan xalça və xalça məmulatlarının saxlanılması və konservasiyası 2013-cü ildə Bakıya dəvət edilmiş və bu sahədə zəngin təcrübəsi ilə dünyada məşhur olan Viktoriya və Albert Muzeyinin parçalarının konservasiyası üzrə mütəxəssis Luis Squirerin tövsiyələri və tərtib etdiyi təlimatlar əsasında təmin olunur. Artıq muzeydə nümayiş olunan eksponatlara baxmaq üçün buraya gələn insanların sayı durmadan artmaqdadır.

Qeyd etdiyimiz kimi Səbail rayonu paytaxtın digər rayonları ilə müqayisədə öz qədimliyi ilə seçilir. Onu dünya paytaxtlarının analoji rayonları ilə də müqayisə edə bilərik. Nümunələrə nəzər yetirək.

Moskvanın Arbat rayonunun ərazisi təxminən 276 hektar ərazini əhatələyir. Arbat tarixi, mədəni, memarlıq abidələri ilə zəngindir. O, Moskvanın 500 illik tarixə aid ən qədim rayonlarından sayılır. Bu rayonun özəlliyindən biri də odur ki, hazırda onun yerləşdiyi ərazidə kütləvi yaşayış binalarının, böyük sənaye müəssisələrinin tikintisinə icazə verilmir. Tikinti işləri isə yalnız milli-mədəni sərvətlər sayılan abildələrin bərpası ilə yekunlaşır.

Avropanın möhtəşəm paytaxtlarından sayılan Londonun Vestminster adlandırılan tarixi rayonunu da Səbail rayonu ilə müqayisə edə bilərik. Onları birləşdirən oxşar dəyərlər arasında başlıca yeri məhz Vestminster rayonu ərazisinin qədimliyi, parlament binasının burada yerləşməsi və s-dir. Burada da yeni yaşayış binalarının inşası o qədər də sürətlə aparılmır. Rayonun tarixi görkəminin, qədimliyinin qorunmasına xüsusi diqqət yetirilir.

Ekspertlər də vurğulayır ki, Səbail rayonu ərazisində də yeni yaşayış binalarının inşası, ictimai-iaşə obyektlərinin tikintisi xüsusi plan əsasında aparılmalı, tarixilik, qədimilik qorunmalıdır. Artıq bu istiqamətdə də dövlət səviyyəsində xüsusi addımlar atılır. Paytaxtın mərkəzi hissələrində inşa olunan binaların hündürlüyü, təyinatı, memarlıq üslubu xüsusi qəbul edilmiş plan əsasında müəyyənləşdirilir.

Hər bir rayonun sosial-iqtisadi inkişaf göstəriciləri sırasında burada məskunlaşan insanların həyat şəraitini asanlaşdıran sosial tələbatların hansı səviyyədə ödənildiyi xüsusi olaraq vurğulanır. Son illərdə həyata keçirilmiş məqsədyönlü tədbirlər və atılan səmərəli addımlar nəticəsində rayonun bütün yaşayış məntəqələri və sahələri fasiləsiz elektrik enerjisi ilə təmin olunub. Bütün elektrik enerjisi istehlakçıları sayğaclarla təchiz edilib. Rayonun bütün yaşayış məntəqələri və sahələri fasiləsiz olaraq təbii qazla təmin olunub, abonentlərin sayğaclaşdırılması işləri başa çatdırılıb. Rayon ərazisi, eləcə də qəsəbə və yaşayış sahələri stasionar telefonla təmin olunub, bütün mövcud ATS-lər elektronlaşdırılıb. Rayon sürətli internet şəbəkəsi ilə təmin olunub.

Rayonun sosial-iqtisadi inkişafına dair statistik göstəricilər də maraq doğurur. 2014-cü ilin ilk altı ayının yekunlarına əsasən nəqliyyat müəssisələri tərəfindən 256,2 milyon manatlıq və ya 1,7 % çox, rabitə müəssisələri tərəfindən 132,1 milyon manatlıq və ya 1,4 % çox xidmətlər göstərilib. Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 2 milyard 512,5 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 35,5 % çoxdur. Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 1 milyard 114,6 milyon milyon manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 73,2 % çoxdur.

6 ay ərzində rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 106,4 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 22,8 % çox istehlak malları satılıb, xidmət müəssisələri tərəfindən əhaliyə 127,3 milyon manatlıq pullu xidmət göstərilib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,9 % çoxdur.

I yarımillikdə pərakəndə ticarət şəbəkəsindən əhaliyə 106,4 milyon manatlıq və ya əvvəlki ilin yanvar-iyun aylarından 22,8 % çox istehlak malları satılıb, 35,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 29,4 % çox iaşə xidmətləri göstərilib. Cari ilin əvvəlindən pullu xidmətlərin həcmi 2013-cü ilin eyni dövrünə nisbətən 2,9 % artaraq 127,3 milyon manat olub.

Səbail rayonu üzrə daimi əhalinin sayı 100650 nəfər olmuş, əlavə olaraq rayonda 10615 nəfər məcburi köçkün məskunlaşıb. Rayonda çalışan işçilərin sayı 112246 nəfər, orta aylıq əmək haqqının məbləği isə 970,0 manat olub.

2014-cü ilin 6 ayı ərzində Səbail rayonu ərazisində 1190 yeni iş yeri açılıb. Bunlardan hamısı daimi iş yerləridir. Binici yarımillikdə rayonda 2 saylı şəhər poliklinikasında, “Turac” uşaq bağçasında, Bibiheybət qəsəbəsində Mədəniyyət evi və qəsəbə kitabxanasıda aparılan əsaslı təmir-yenidənqurma işləri başa çatdırılıb, 20-ci sahə ərazisində 109 saylı 35 kilovoltluq yeni yarımstansiyanın və Badamdar qəəsəbəsində yeni İdman Kompleksinin, yeni xəstəxana binasının və 3 ədəd yeni su anbarlarının tikintisi davam etdirilir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024