Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (9-09-2014, 22:16)
Qatarlarda “Wi-Fi” şəbəkəsi qurulacaq

 

Nadir Əzmmədov: «Rusiya Dövlət Dəmiryolları İdarəsi ilə danışıqlar aparırıq»

Məlum olduğu kimi Azərbaycanda 2013-cü ilin «İnformasiya- kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı ölkə prezidenti İlham Əliyevin təsdiq etdiyi Tədbirlər Planında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə (indiki Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə) və Tarif Şurasına il ərzində ölkədə rabitə və internet xidmətləri tariflərinin həmin xidmətlərin maya dəyərinə uyğunlaşdırılması üzrə tədbirlərin görülməsi tapşırılmışdı. Bundan başqa, sözügedən Tədbirlər Planında il ərzində ölkəmizdə İKT-nin inkişafı üzrə strategiyanın hazırlanması, qeydiyyat prosesinin təkmilləşdirilməsi üçün tədbirlərin görülməsi, elektron səhiyyə, elektron təhsil, elektron satınalma, elektron turizm, elektron notariat, elektron mədəniyyət, elektron arxiv, elektron məhkəmə, elektron ticarət, elektron ödəmə həllərinin tətbiqinin genişləndirilməsi, internetin keyfiyyətinin artırılması, istifadəçilərin hüquqlarının qorunması üzrə tədbirlərin görülməsi, əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların İKT-dən istifadə imkanlarının artırılması üzrə işlərin həyata keçirilməsi, ictimai yerlərdə ödənişsiz «Wi-Fi» zonalarının yaradılması ilə bağlı tədbirlərin görülməsi kimi məsələlər öz əksini tapıb.

Xatırladaq ki, haqqında danışılan tədbirlər planının icrası ilə əlaqədar olaraq ötən ildən etibarən həm ictimai yerlərdə, həm də nəqliyyat vasitələrində «Wi-Fi» şəbəkəsinin quraşdırılması istiqamətində görülən işlər hələ də davam etdirilməkdədir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyindən «Həftə içi»nə bildiriib ki, adıçəkilən birlik paytaxtın ictimai əhəmiyyətli ərazilərində simsiz Wi-Fi xidmətlərinin göstərilməsi ilə bağlı yeni layihəyə start verib. Pulsuz Wi-Fi şəbəkəsinə çıxış nöqtələrinin ümumi sayı təqribən 80 ədəd olacaq. Onlar parklar, stadionlar, ticarət-əyləncə mərkəzləri və s. ərazilərə instalyasiya ediləcək. Qurumdan həmçinin deyilib ki, İadıçəkilən birliyin şəbəkəsində tikilmiş bazada bilavasitə internet xidmətlərinin göstərilməsi ilə provayderlər məşğul olacaq. Həmin nöqtələrin əksəriyyətinə «Delta Telecom2 provayderi tərəfindən xidmət göstəriləcəyi istisna edilmir. Məlumatda qeyd olunub ki, məlumatların ötürülmə sürəti 10 giqabit/saniyəyədək təşkil edəcək.

Qeyd edək ki, təkcə Bakı şəhərində deyil, respublikamızın digər iri şəhərlərində də “Wi-Fi” şəbəkəsinin quraşdırıması istiqamətində müəyyən tədbirlər həyata keçirilir. Belə məkanlar arasında Gəncə şəhəri də var.

Gəncə şəhər İcra Hakimiyyətindən «Həftə içi»nə bildirilib ki, bu qədim şəhərdəki parklarda və meydanlarda «Wi-Fi» şəbəkəsi qurulacaq. Simsiz şəbəkə turistlərə, eləcə də şəhər parklarında dincələnlərə xəbər portallarına, sosial şəbəkələrə, dövlət strukturlarının saytlarına pulsuz çıxış əldə etməyə imkan verəcək. Başqa sözlə, simsiz şəbəkə şəhər parklarında dincələnlərə bəzi xəbər portallarına, sosial şəbəkələrə, dövlət strukturlarının saytlarına pulsuz çıxış əldə etməyə imkan verəcək. “Wi-Fi” istifadəçiləri şəbəkədən videoya baxmaq və kontent yükləmək üçün istifadə etmək istədikdə kommersiya paketləri almalı olacaqlar. Bununla bağlı artıq layihə hazırlanıb yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq, ilin sonuna şəhərdə internet istifadəçiləri pulsuz internetdən yararlanacaqlar. İlkin mərhələdə hava limanından şəhərin çıxışına - Qala Qapıları: Arxeologiya və Etnoqrafiya muzeyinə qədər olan ərazi tamamilə internetlə təmin ediləcək. Həmçinin hazırda vətəndaşlarımızın daha çox toplandığı Heydər Əliyev park kompleksinin ərazisində və Gəncə şəhər İcra Hakimiyyətinin qarşısında yerləşən Heydər Əliyev meydanı ərazisindən Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) qədər ərazi 500 metr radiusda tamamilə internetlə təmin ediləcək. Oraya Gəncə Dövlət Universitetinin ərazisi də daxildir. Layihənin ikinci və üçüncü mərhələsinin reallaşmasıyla şəhərin bütün hissələrində internetə çıxış təmin ediləcək. Artıq layihənin ilkin mərhələsinin icrasına başlanılıb. Lazımi avadanlıqlar sifariş olunub. Türkiyəli mütəxəssislərin dəstəyi və ADAU-nun İnnovasiya Mərkəzinin köməyilə bu ilin sonuna qədər layihənin icrası yekunlaşdırılmalıdır. Sözügedən layihədə süni istifadə hallarının qarşısının alınması da nəzərdə tutulub ki, buna müəyyən vaxt və yükləmə məhdudiyyətləri daxildir. “Wi-Fi” istifadəçiləri şəbəkədən videoya baxmaq və kontent yükləmək üçün istifadə etmək istədikdə rəsmi olaraq qeydiyyatdan keçməli olacaqlar. Məlumatda həmçinin vurğulanıb ki, hazırda sözügedən şəhərdə 21 mindən çox genişzolaqlı internet istifadəçisi var.Onlara Gəncə Telekommunikasiya İdarəsinin təqdim etdiyi “aztelekom.net” və özəl provayderlərin abunəçiləri aiddir. Hazırda Gəncədə insanların sıx toplaşdığı ticarət obyektlərində, təhsil və səhiyyə müəssisələrində müasir elektron köşklər quraşdırılıb. Özündə taksofon və kompüterin funksiyalarını birləşdirən multimedialı taksofonlar vasitəsilə xidmətlərin göstərilməsi həm kağız əskinaslardan və qəpiklərdən istifadə etməklə, həm də operatorun taksofon kartlarının köməyi ilə həyata keçirilir. Eyni zamanda Gəncədə yeni taksofonlar qurulub. Onların beynəlxalq çıxışı var. Taksofonlar vasitəsilə videozəng də etmək mümkündür. Yeni taksofonlar blutuz və USB portları ilə təchiz olunub. Qurğu adi telefon xidmətləri göstərməklə yanaşı, internet şəbəkəsinə çıxmağa da imkan verir.

Azərbaycana maraqlı və ilkin təcrübə kimi tətbiqlənən layihələrdən biri də nəqliyyat vasitələrinin “Wi-Fi” ilə təminatına start verilməsidir. Xatırladaq ki, Azərbaycanın ilk «3G» mobil rabitə operatoru «Azərfon» şirkəti mobil rabitə xidmətləri ilə yanaşı, AZAL təyyarələrində "Wi-Fi" şəbəkəsinə qoşulma xidmətlərini də təqdim edəcək. «Azərfon» şirkətinin satış üzrə baş müdiri Leyla Nəsrullayeva bildirir ki, AZAL-ın Nyu-York və Tokioya uçan təyyarələrində mobil rabitə xidmətlərindən istifadə etmək mümkün olacaq. Hazırda Azərbaycan Hava Yollarının 9 təyyarəsində mobil rabitə xidmətləri təqdim edilir. Bununla yanaşı, təyyarələrdə «Wi-Fi» şəbəkəsinə qoşulma imkanlarının təşkilinin də təmin edilməsi nəzərdə tutulub. Onun dediyinə görə, «Azərfon» şirkətinin İsveçrənin «OnAir» şirkəti və «Azərbaycan Hava Yolları» QSC ilə birlikdə təşkil etdiyi mobil rabitə xidmətlərindən istifadəsi üzrə ödəniş rouminq tarifləri ilə həyata keçirilir: «Bu xidmətləri məhdud sayda operatorlar göstərir və digər ölkələrlə müqayisədə «Azerfon»un bu xidmətlər üzrə tarifləri «Megafon»un və digər operatorların tariflərindən ucuzdur».

Məlumat üçün bildirək ki, "Azerfon"un "OnAir" şirkəti ilə imzaladığı saziş mobil rabitə xidmətlərini bütün MDB ölkələrində təqdim etməyə imkan verir. Nəqliyyat vasitələri arasında sərnişindaşıma xidmətlərini həyata keçirən avtobuslar da var. Artıq Bakı Beynəlxalq Avtovağzal Kompleksində“Wi-Fi” şəbəkəsi quraşdırılıb. Avtovağzalın sərnişindaşıma xidmətinin rəisi Məhəmməd Abdullayev «Həftə içi»nə bildirir ki, sözügedən şəbəkə yüksək səviyyədə fəaliyyət göstərir və bu da həm yerli sakinləri, həm də BBAK-ın xidmətlərindən istifadə edən məmnun edir: «Bu günədək bir neçə sərnişin avtobusunda belə xidmət yaradılıb. Bu istiqamətdə işlər davam etdirilir. Sərnşinlərə pulsuz internet xidmətlərinin göstərilməsi üçün avtobuslarda “Wi-Fi” xidmətinin qurulması üçün tədbirlər bundan sonra da həyata keçiriləcək».

Xatırladaq ki, Bakıda fəaliyyət göstərən «London» taksiləri və «189 qaynar xətt»i ilə fəaliyyət göstərən taksilər artıq pulsuz «Wi-Fi» internet sistemi ilə təmin olunub. Sərnişin avtobuslarında da eyni şəbəkənin quraşdırılması mövzusu məhz bundan sonra gündəmə gəlib.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov isə bildirir ki, yaxın vaxtlarda avtobuslarda “Wi-Fi” şəbəkəsi yaradıla bilər. Onun sözlərinə görə, avtobuslarda monitorlarda “Wi-Fi” işarəsi var: «Hələlik gündəmdə əsas məsələ avtobuslarda ödənişin kartla həyata keçirilməsidir. Amma ola bilər ki, bir qədər sonra internet şəbəkəsi quraşdırılsın».

Azərbaycan Dəmiryolları şəbəkəsində də «Wİ-Fİ» sisteminin qurulmasına başlanılıb. «Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov «Həftə içi»nə bildirir ki, hazırda bu məsələ ilə bağlı işlər görülür: «Gələcəkdə Azərbaycan Dəmiryolları sistemi da Wİ - Fİ sisteminə keçəcək. Bu sistemə keçid bizim planımızda var. Bununla əlaqədar olaraq müəyyən addımlar atılır. Ancaq dəmiryolunun Wİ - Fİ təmin olunması üçün əvvəlcə Rusiya Dəmiryolları Sisteminə qoşulmaq lazımdır. Ona görə də Rusiya Dövlət Dəmiryolları İdarəsi ilə danışıqlarımızı davam etdiririk. Danışıqlar müsbət nəticələnən kimi həm ölkədaxili, həm də ölkəxarici reyslərdə hərəkət edən qatarlarımızın sərnişinləri pulsuz internetdən bəhrələnə biləcəklər».

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024