Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat / Slayd (9-09-2014, 17:38)
Əhməd Vəliyevin klinikasına qarşı şok iddia

 

"Oksigen" Klinik Xəstəxanasının rəhbərliyi hökm sürən problemləri aradan qaldırmaqda maraqlı deyil.
Bu gün artıq heç kimə sirr deyil ki, millət vəkili Əhməd Vəliyev parlamentdə təmsil olunmaqla yanaşı, bir sıra nəhəng biznes strukturlarına da rəhbərlik edir.
Məsələn, hazırda "JMR" adlandırılan "Jalə-Biznes" MMC, Bülbül prospektində fəaliyyət göstərən "Jalə Plaza", Odlar Yurdu Universiteti, "Muğanbank" ASC və "Oksigen" klinikası məhz Əhməd Vəliyevə məxsusdur. Onu da qeyd edək ki, millət vəkilinin rəhbərlik etdiyi biznes obyektlərinin hər birinə onun yaxın adamları nəzarət edir. Misal üçün "Oksigen" Klinik Xəstəxanasını millət vəkilinin oğlu Munir Vəliyev idarə edir.
Məlumat üçün bildirək ki, "Nəriman Nərimanov" metrostansiyasının yaxınlığında, daha dəqiq desək, Nərimanov rayonu 1959-cu məhəllədə yerləşən və yeddi mərtəbədən ibarət olan "Oksigen" Klinik Xəstəxanasının birinci mərtəbəsində laboratoriya şöbəsi, analizlərin qəbulu otağı, rentgen, kompyuter tomoqrafiyası, USM kabinələri, ikinci mərtəbədə stomatoloji, pediatriya, cərrahi, vertebroloji, nevroloji, ginekoloji, qastroenteroloji, allerqoloji, pulmonoloji və dermatoloji, kabinələr yerləşir. Üçüncü mərtəbədə əsasən diaqnostik kabinələr, yəni funksional kardioloji, EKQ, rəngli dopleo-exokardioqrafiya, kolonoskopiya, qastroskopiya və lor, travmatoloji, ortopedik, revmatoloji kabinələri yerləşir. Dördüncü mərtəbə doğum şöbəsindən, beşinci mərtəbə stasionar şöbəsindən ibarətdir. Altıncı mərtəbədə isə əməliyyatxana və reanimasiya yerləşir.
Müxtəlif vaxtlarda adıçəkilən tibb müəssisəsinin az qala bütün şöbələrində bir sıra xoşagəlməz halların yaşandığını iddia edən məlumatlı şəxsin sözlərinə görə, təxminən, iki il öncə millət vəkili Əhməd Vəliyevə məxsus olan "Oksigen" klinikasının ginekologiya şöbəsində cərrahiyyə əməliyyatı zamanı ölüm hadisəsi baş verib: "Belə ki, Binəqədi rayonunda yaşayan 23 yaşlı Günel Vüqar qızı Səfərli "Oksigen" klinikasında ginekologiya şöbəsində cərrahi əməliyyat olunub. Əməliyyatdan sonra xəstə komaya düşüb. Bir aydan artıq komada olan Günel Səfərli həmin klinikadan çıxarılaraq Mərkəzi Neftçilər Xəstəxanasına, oradan isə Mərkəzi Klinik Xəstəxansına aparılıb və orada dünyasını dəyişib. Hələ o zaman qeyd olunurdu ki, Günel Səfərlinin ölümünə səbəb olan şəxs həmin vaxt "Oksigen" klinikasının ginekologiya şöbəsinin müdiri vəzifəsində çalışan İlahə Quliyevadır".
Günel Səfərlinin ölümündən sonra da "Oksigen"də buna bənzər hadisələrin baş verdiyini deyən məlumatlı şəxs 2012-ci ilin may ayında 25 yaşlı Ləman Əzizli və onun dünyaya gətirdiyi körpənin həkim səhlənkarlığının qurbanı olduğunu bildirdi: "Həmin vaxt Bakı şəhər sakini Ləman Əzizli və onun dünyaya gətirə bilmədiyi övladı əməliyyat stolunda canını tapşırıb. Ləman Əzizli "AzərTurkMed" klinikasında doğuşaqədərki 9 ay müddətində həkim Ərsadiq Turanın nəzarətində olub. Lakin doğuş vaxtı yetişəndə Ərsadiq Turan "AzərTurkMed" klinikasında doğuş aparmaq üçün lisenziyanın olmamasını səbəb göstərərək "Oksigen" kilikasını təklif edib. Doğuş günü həkimlər təbii doğuşun mümkün olmamasını bildiriblər və qeysəriyyə əməliyyatı etmək istəyiblər. Bu barədə Ləman Əzizlinin atasına məlumat verib icazə alıblar. Beləliklə, əməliyyatda Günel Səfərlinin ölümünə səbəb olan şəxs kimi adı hallandırılan İlahə Quliyeva, Arzu Məmmədova, Ərsadiq Turan və anestezioloq Tərlan Zeynalov iştirak ediblər. Lakin razılıq alıb əməliyata girəndən bir qədər sonra həkimlər uşağı itirdiklərini, Ləman Əzizlinin həyatını qoruya bildiklərini və reanimasiyada olduğunu deyiblər. Lakin Ləman Əzizlinin ailə üzvləri zorla reanimasiya şöbəsinə girəndə gördüklərindən şok olublar. Valideynləri qızın süni nəfəs aparatına qoşulduğunu görüblər. Həkimlər ailə üzvlərini qızın sağ-salamat olmasına inandırsalar da, sonradan məlum olub ki, Ləman Əzizli elə cərrahiyyə stolunda keçinib. Bildiyim qədər üzərindən iki ildən artıq vaxt keçməsinə baxmayaraq, hələ də heç kim "Oksigen" kilikasında baş vermiş ölüm hadisəsinə görə məsuliyyətə cəlb olunmayıb. Maraqlıdır, görəsən niyə?"
"Oksigen" Klinik Xəstəxanasında qiymətlərin kifayət qədər baha olduğunu vurğulayan mənbənin sözlərinə görə, bir müddət öncə adıçəkilən tibb müəssisəsində Rauf Nəbiyev adlı şəxsin də başına olmazın müsibətlər gətirilib: "Belə ki, Rauf Nəbiyev səhhətində yaranmış problemlərlə əlaqədar olaraq "Oksigen" klinikasına müraciət edib. Müayinə olunduqdan sonra Rauf Nəbiyevə öd kisəsində problemlərin olduğu deyilərək əməliyyat olunması məsləhət görülüb. Lakin onun xərçəng xəstəsi olması nədənsə gizlədilib. Klinikanın cərrahı Mübariz Əliyev tərəfindən əməliyyat olunan xəstənin öd kisəsində daha dərin problemlər ortaya çıxıb. "Oksigen" Klinik Xəsətəxanasında cərrah Mübariz Əliyev tərəfindən əməliyyat olunan Rauf Nəbiyevin xərçəng xəstəsi olduğu həm kilinika, həm də həkim tərəfindən gizlədilib. Deyilənə görə, ilk əməliyyat zamanı xəstənin yaxınları klinikaya 2 min manat pul ödəyiblər. Buna baxmayaraq, Rauf Nəbiyev yenidən əməliyyata cəlb olunub. Bu zaman isə mərhumun yaxınları tərəfindən 4 min manat ödəniş olunub. Lakin bütün bunlara baxmayaraq, nə klinika rəhbərliyi, nə də ki, Rauf Nəbiyevin əməliyyatında iştirak edən tibb personalı onun xərçəng xəstəsi olduğunu deməyib, bunu onun yaxınlarından gizlədiblər. Bu isə sonda pasiyentin dünyasını dəyişməsilə nəticələnib".
Yuxarıda qeyd olunan faktlar bir daha onu deməyə əsas verir ki, "Oksigen"də əməliyyat zamanı ölüm hadisəsi adiləşib. Klinika rəhbərliyi - millət vəkili Əhməd Vəliyev və onun oğlu Munir Vəliyev isə hökm sürən problemləri aradan qaldırmaqda maraqlı deyil...
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. (Gündəlik Bakı
шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024