Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (14-02-2019, 14:00)
Azərbaycanda Vergi Ombudsmanı yaradılacaq

 Sahibkarların hüquqlarını qoruyan yeni və daha effektiv mexanizmlərin yaradılması istiqamətində araşdırmalar aparılıb və inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsi əsas götürülərək Azərbaycanda Vergi Ombudsmanı institutunun yaradılması qərara alınıb.
Mediatv.az-ın xəbərinə görə, bunu vergilər naziri Mikayıl Cabbarov nazirlikdə 2018-ci ilin yekunlarına və 2019-cu ildə vergi orqanları qarşısında duran vəzifələrə həsr edilmiş geniş tərkibli kollegiya iclasında çıxışı zamanı deyib.
Vergi inzibatçılığının rəqəmsallaşdırılması prosesinin davam etdiriləcəyi, vergi xidmətləri və vergi nəzarətində yeni innovativ texnologiyaların tətbiqi istiqamətində tədbirlərin daha da genişləndiriləcəyini qeyd edən M.Cabbarov vergi əməkdaşlarının, xüsusilə audit sahəsində çalışanların bilik və bacarıqlarının artırılması, fəaliyyətinin qiymətləndirilməsi üçün yeni mexanizmin həyata keçirilməsinin vacibliyini də diqqətə çatdırıb.
Mikayıl Cabbarov bu il vergi orqanları qarşısında duran vəzifələrin icrasının təmin edilməsi, vergi orqanlarının fəaliyyətinin müasir tələblərə cavab verən səviyyədə qurulması, nazirliyin bütün struktur vahidlərinin və bölmələrinin mövcud potensialının bu vəzifələrin icrasına səfərbər edilməsi ilə bağlı konkret tapşırıqlar verib.
шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024