Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (24-12-2018, 13:30)
Bakıda OPEC toplantısı keçiriləcək

 Neftin hasilatı həcminin günə 1,2 milyon barelə qədər azaldılması gələn il bazarda tarazlıq yaratmasa, OPEC və təşkilatın neft istehsal edən ölkələrdən olan müttəfiqləri fövqəladə iclas keçirib, lazımi ölçülər götürəcək.
Mediatv.az  “Reuters”ə istinadən xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliyinin energetika naziri Suheyl əl-Məzrui Neft İxrac Edən Ərəb Ölkələri Təşkilatının Küveytdə keçirilən konfransında etdiyi çıxışda bildirib.
Əl-Məzruinin sözlərinə görə, hasilat həcmi ilə bağlı razılaşmanın müddətini uzatmaq heç də problem olmayacaq və istehsalçılar bazarın mövcud tələblərinə uyğun addım atacaqlar.
“Hasilatın 1.2 milyon barelə qədər azaldılması kifayət etməsə, necə olsun? Sizi əmin edirəm ki,  kifayət etməsə, görüşüb lazım olan işləri görəcəyik. Hasilatla bağlı ixtisar planı hərtərəfli düşünülüb, lakin o “işləməsə”, bizim OPEC-də fövqəladə iclas çağırmaq səlahiyyətimiz var”,- deyə Məzrui bildirib.
BƏƏ naziri OPEC və qeyri-OPEC birgə monitorinq komitələrinin fevralın sonu və ya martın əvvəlində Bakıda toplantı keçirəcəklərini diqqətə çatdırıb. Məzruinin bildirdiyinə görə, görüşdə neft istehsalçıları 2018-ci ildə razılaşdırıldığı kimi, bazarda tarazlığın bərpası ilə bağlı danışıqlar aparacaq.
шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024