Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (6-11-2018, 12:30)
Azərbaycan 2019-cu ildə qaz idxalından imtina edəcək

 Azərbaycan 2019-cu ildən Rusiya və Türkmənistandan qaz idxal etməyi planlaşdırmır.
Mediatv.az  xəbər verir ki, bu fikirləri TASS agentliyinə açıqlamasında SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
“Şirkətin hazırkı planlarına əsasən, növbəti ildə Rusiyadan qaz idxalını planlaşdırmırıq”, - SOCAR nümayəndəsi bildirib.
Bununla yanaşı, o əlavə edib ki, 2017-ci ilin sonunda Rusiya ilə imzalanmış illik müqaviləyə əsasən, idxal edilməli olan bir neçə milyon kubmetr qaz növbəti aylarda alınacaq.
“İdxal ediləcək qazın həcminin artırılması məsələsində Rusiya ilə yeni müqavilənin imzalanması gözlənilmir. Eyni zamanda, bu, Türkmənistana aiddir”, - Əhmədov bildirib.
O qeyd edib ki, Azərbaycan qazın əsas hissəsini Rusiyadan idxal edirdi.
“Bunun əsas hissəsi yay aylarında idxal edilirdi. İdxal edilən qaz anbarlara vurulur, ixrac, emal və digər məqsədlər üçün istifadə edilir. Bu yolla biz qaz anbarlarımızın potensialını həyata keçirmişik”, - nümayəndə deyib.
“Hazırda qaz anbarlarımıza üç milyard kubmetrdən çox qaz vurulub ki, bu da ötənilkindən çoxdur. Daxili hasilat da artır. Müvafiq olaraq, qaz anbarlarına vurulan Azərbaycan qazının həcmi də artacaq. Buna görə idxal zərurəti qalmır və biz bilirdik ki, növbəti ildən qaz idxal etməyəcəyik”, - SOCAR rəsmisi əlavə edib.
“Qazprom eksport” və SOCAR 2017-ci ilin noyabrında Azərbaycana qaz idxalı ilə bağlı müqavilə imzalamışdı. İdxal 2017-ci il noyabrın 22-də başlamışdı. İllik müqavilə çərçivəsində Azərbaycana 1,6 milyard kubmetr rus qazının idxalı planlaşdırılır.
шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024