Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat / Dünya (27-10-2018, 12:30)
İtaliya TAP boru kəmərinin tikintisinə razılıq verdi

İtaliya TAP boru kəmərinin tikintisinə razılıq verdi

 

Italiyanın baş naziri Cüzeppe Konte Trans Adriatik boru kəmərinin (TAP) tikintisi üçün İtaliya tərəfindən “yaşıl işıq” yandırıb.

Mediatv.az  “Report”a istinadən xəbər verir ki, “Deutsche Welle” nəşri yazıb.

Nəşr qeyd edib ki, bunadək ölkənin hakim koalisiyasına daxil olan “Beş ulduz hərəkatı” partiyası fəal şəkildə qaz kəmərinin tikintisinə qarşı çıxış edib.

“İndi əvvəlki hökumət tərəfindən planlaşdırılan və müqavilə öhdəliyinə malik olan bu layihəyə müdaxilə etmək artıq mümkün deyil”, - deyə İtaliyanın hökumət rəhbəri bildirib.

Konte əlavə edib ki, qaz kəmərinin tikintisinə mane olmaq İtaliyaya on milyardlarla avroya başa gələ bilər.

Xatırladaq ki, bundan əvvəl TAP-ın yay fasiləsindən sonra tikinti işlərini bərpa edəcəyi xəbər verilmişdi.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın ildə 10 mlrd. kubmetrinin ilkin olaraq Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Layihənin ümumi dəyəri 4,5 mlrd. avro qiymətləndirilir.

TAP-ın inşasının 2020-ci ildə yekunlaşdırılacağı və elə həmin ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024