Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (25-10-2018, 11:22)
Moody's agentliyi Kapital Bank-ın reytinqini təsdiqlədi

Moody's agentliyi Kapital Bank-ın reytinqini təsdiqlədi

 

Moody’s Investor Service Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqini təsdiq edib. Bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.

Mediatv.az “Qafqazinfo”-ya istinadən  xəbər verir ki, agentlik bankın hazırkı kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (BCA) “b1”, yerli və xarici valyutada olan uzunmüddətli depozit reytinqini isə “Ba3” səviyyəsində təsdiqləyərək, reytinqin proqnozunu “stabil” dərəcəsinə yüksəldib. Kontragentin uzunmüddətli risk dəyərləndirməsini “Ba2 (cr)”, qısamüddətli risk dəyərləndirməsini isə “Not Prime (cr)” səviyyəsində təsdiq edilib. Kapital Bank-ın reytinqinin “stabil” dərəcəsinə yüksəldilməsi həm Azərbaycanda bank əməliyyatları mühitinin təkmilləşməsindən, həm də bankın dövr ərzində xarici şoklara qarşı ödəmə qabiliyyətinin davamlığından irəli gəlir.

“Son illərin çətin iqtisadi mühitinə baxmayaraq, bank aktivlərin keyfiyyətini qoruyub saxlamağa müvəffəq oldu, problemli kredit əmsalı isə cəmi 6-7% təşkil edir ki, bu da 2015-2017-ci illərdə sektorda ən yaxşı göstəricilərindən biridir. Bankın kredit portfelinin keyfiyyəti orta hesabla ölkədəki göstəricilərdən daha yaxşıdır. Bunun əsas səbəbi bankın xarici valyutada olan kreditlərinin məhdud olması, dövlət qurumları ilə əməkdaşlığı, həmçinin əmək haqqı və təqaüd layihələrində iştirak etməsidir”, - deyə hesabatda qeyd olunur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024