Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (22-10-2018, 13:30)
Səudiyyə Ərəbistanından neftin qiymətinə təsir edəcək - AÇIQLAMA

Səudiyyə Ərəbistanından neftin qiymətinə təsir edəcək - AÇIQLAMA

 

Bu gün Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Fələh TASS-a müsahibəsində bəzi açıqlamalar verib. 

Mediatv.az-ın xəbərinə görə, nazir bildirib ki, yaxın gələcəkdə Səudiyyə Ərəbistanı neft hasilatını davamlı əsasda sutkada 11 milyon barelə çatdıracaq.

“Digər istehsalçıların başına nələr gələcəyini bilmədiyimdən sizə nədəsə təminat verə bilmərəm. Səudiyyə Ərəbistanının oktyabr ayındakı hasilatı sutkada 10,7 milyon barel təşkil edir. Deyə bilərəm ki, ehtiyac olacağı təqdirdə bu göstəricini sutkada 12 milyon barelə çıxa bilərik”. 

Neftin qiymətinin 100 dolları keçməsi ilə bağlı proqnozlara gəlincə o bildirib ki: 

“Bazardan 3 milyon barel yoxa çıxsa, bu həcmi bərpa edə bilməyəcəyik, ona görə də anbarlardakı neft ehtiyatlarından istifadə etməli olacağıq. Bazar kəsirdən qorxur və hasilatın azaldılması üzrə əvvəlki bir il yarımdakı siyasəti davam etdirsəydik, yenidən neftin qiymətinin bir barelə görə 100 dollar həddini keçdiyini görərdik. Ona görə də tədbirlər gördük”.

Bundan başqa, dekabrın 7-də yeni OPEC+ sazişi imzalana bilər.

Xalid əl-Fələhin sözlərinə görə, saziş müddətsiz olacaq və o, yanvar ayından etibarən hasilatın tənzimlənməsinə imkan verəcək.

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024