Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (11-10-2018, 14:00)
Ən çox kreditlər hansı sahələrə verilib? - TƏHLİL

Ən çox kreditlər hansı sahələrə verilib? - TƏHLİL

 

Dövlət payına malik olan banklar tərəfindən verilən kreditlərin həcmi azalıb. 

Mərkəzi Bankdan Mediatv.az-a  verilən məlumata görə, 1 sentyabr 2018-ci il tarixinə dövlət bankları tərəfindən 1 mlrd. 812,7 mln. manat kredit verilib.

Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 5,4% azalma deməkdir. 

Bu ilin yanvar-avqust aylarında, ümumiyyətlə, Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 4,6% - 12 mlrd. 306,5 mln. manatadək artıb.

Bütün kreditlərin 14,7%-i özəl bankların payına düşür. Bu banklar tərəfindən 10 mlrd. 92,8 mln. manat həcmində kredit verilib. Bu isə bütün kreditlərin həcminin 82%-i deməkdir və artım 7,1%-dir. Qalan məbləğ bank olmayan kredit təşkilatlarının payına düşür.

Ən çox kreditlər hansı sahələrə verilib?

Rəqəmlərin təhlili göstərir ki, kredit qoyuluşlarının strukturunda 2 mlrd. 292,9 mln. manat ticarət və xidmət sahələrinin payına düşür. Göründüyü kimi, yenə də bu sektor öndədir və bütün kreditlərin 16,6%-ni təşkil edir. 

Real sektora kredit qoyuluşları arasında 292,9 mln. manat energetika, kimya və təbii sərvətlər sektorunun, 461,9 mln. manat kənd təsərrüfatı və emal sahələrinin, 504,6 mln. manat tikinti və daşınmaz əmlak sahələrinin, 682,6 mln. manat sənaye və istehsal sektorunun, 1 mlrd. 175,1 mln. manat nəqliyyat və rabitə sahələrinin, 4 mlrd. 977,7 mln. manat ev təsərrüfatı sahəsinin payına düşür.

Ev təsərrüfatlarına verilən kreditlər isə ümumilikdə vəsaitlərin 40,4%-ni təşkil edir. Ötən ilin eyni dövrü ilə müqayisədə yanvar-avqust aylarında bankların ev təsərrüfatı sahəsinin kreditləşdirilməsi üzrə portfeli 8,1% artıb. 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
12 12 2018
12 12 2018
12 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018

{sape_links}{sape_article}