Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (15-02-2014, 23:53)
Elman Rüstəmovun qara günləri başlayır

 

 

Avstriyada Azərbaycan Mərkəzi Bankının rəhbərliyi ilə bağlı qalmaqallı korrupsiya məhkəməsi başlayır 

 

Gələn həftənin əvvəlində - fevralın 17-də Vyanada Avstriyanın Mərkəzi Bankının törəmə müəssisəsi, banknot çap edən “OeBS” şirkətinin rəhbərliyinin işi üzrə məhkəmə prosesi başlayır.
Virtualaz.org saytı Avstriya mənbələrinə istinadən xəbər verir ki, prosesdə “OeBS” şirkəti ilə Azərbaycan və Suriyanın Mərkəzi banklarının rəhbərləri arasında korrupsiya sövdələşməsi araşdırılacaq.
Cinayət işinin materiallarına əsasən 2005-2011-ci illərdə “OeBS” şirkəti ilə Azərbaycan Mərkəzi Bankı arasında milli valyutanın-manatın çapına dair bağlanmış müqavilələrdən Mərkəzi Bankın rəsmilərinə 20 faiz həcmində “şapka” ödənilib. Rüşvət pulları Panamada qeydiyyatdan keçmiş offşor şirkətin hesablarına köçürülüb.
Bu rüşvət və korrupsiya qalmaqalı ilə bağlı Avropa mətbuatı uzun müddət yazıb. Avstriya prokurorluğu iş üzrə 9 nəfər, o cümlədən “OeBS” şirkətinin keçmiş baş direktoru Maykl Volfa qarşı mütəşəkkil cinayətkar qruplaşma yaratmaq, mənimsəmə, rüşvət və çirkli pulların yuyulması ittihamları irəli sürüb. Onları 10 ilə qədər həbs cəzası gözləyir. Müttəhimlər həmçinin digər maliyyə cinayətlərinə və vergilərdən yayınmağa dair ittihamları cavablandırmalıdır.
шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024