Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (22-08-2018, 17:30)
Almaniya Azərbaycan və Türkmənistandan qaz tədarükündə maraqlıdır

Almaniya Azərbaycan və Türkmənistandan qaz tədarükündə maraqlıdır

 

Berlin “Cənub qaz dəhlizi”nin inkişafında maraqlıdır.

Mediatv.az  xəbər verir ki, belə bəyanatla Almaniya kansleri Angela Merkelin Gürcüstan, Ermənistan və Azərbaycana səfəri ərəfəsində Almaniya hökumətinin nümayəndəsi çıxış edib.

O bildirib ki, Almaniya hökuməti Türkiyə üzərindən Avropaya alternativ qaz kəmərlərinin çəkilməsini dəstəkləyir.

“Cənub qaz dəhlizi” üç qaz kəmərindən ibarətdir: Cənub Qafqaz (Bakı – Tbilisi - Ərzurum), Transanadolu (TANAP) və Transadriatik (TAP).

Azərbaycanın “Şah-Dəniz -2” yatağından hasil olunan qazın Türkiyəyə ötürülməsi, daha sonra isə onun bir hissəsinin TAP vasitəsi ilə İtaliya sahillərinə nəql olunacağı nəzərdə tutulub.

Azərbaycan qazının Avropaya satışı 2020-ci il üçün nəzərdə tutulub. 

“Avropada qazın yalnız Rusiyadan deyil, digər regionlardan da alınması – bu, AB-nin diversifikasiya siyasətinin tərkib hissəsidir”, - Almaniya hökumətinin nümayəndəsi deyib.

O, Azərbaycanı strateji əhəmiyyətli ölkə adlandırıb və gələcəkdə Türkmənistan, İran və İraqdan da qazın Avropaya nəqlinin mümkünlüyünü vurğulayıb.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024