Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (7-08-2018, 11:43)
Türkiyə Mərkəzi Bankı lirəni xilas edə bilmir

Türkiyə Mərkəzi Bankı lirəni xilas edə bilmir

 

Türk lirəsinin dəyər itkisi davam etməkdədir. Belə ki, Türkiyə Mərkəzi Bankının valyuta əməliyyatlarında xarici valyutanın məzənnəsinin yuxarı həddini 45 faizdən 40 faizədək azaltması da lirəni ucuzlaşmaqdan xilas edə bilməyib. 

Mediatv.az  xəbər verir ki, Donald Trampın İrana qarşı yeni sanksiyalara imza atması dolların lirəyə nisbətdə 5,30 lirə səviyyəsinə yüksəlməsinə gətirib çıxarıb.

Beləliklə, Mərkəzi Bankın addımları nəticəsiz qalıb. 

Qeyd edək ki, İran Türkiyənin ən böyük ticarət tərəfdaşlarındandır. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi 11 milyard dollar təşkil edir. 

Bu arada, “Bluebay Asset Management”in araşdırmasına görə, dolların lirəyə nisbətdə kəskin bahalaşması təhlükəli hal alıb. Bildirilir ki, ölkənin iqtisadi komandası təcili hərəkətə keçməlidir. 

Analitiklər deyir ki, türk lirəsinin ucuzlaşması ABŞ - Türkiyə ikitərəfli əlaqələrinin pisləşməsindən, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların qüvvəyə minməsindən, eləcə də, Rəcəb Tayyib Ərdoğanın açıqladığı 100 günlük fəaliyyət planının zəif olmasından və bu planda dövlət xərclərinin azaldılmasına dair konkret bir irəliləyişin olmamasından qaynaqlanır. 

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024