Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat / Karusel (23-07-2018, 12:15)
"Akkord"un zərəri günü-gündən artır

 

 

 

 

 

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"nın 2017-ci il üzrə maliyyə göstəriciləri açıqlanıb.

Mediatv.az  şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, ASC-nin cəmi aktivləri 28,1% azalaraq bu il yanvarın 1-nə 856 milyon 937 min manat təşkil edib.

Bununla yanaşı, 2017-ci ildə "Akkord"un cəmi öhdəlikləri 1,6% artaraq 675 milyon 676 min manata çatıb, cəmi kapitalı isə 65,6% azalaraq 181 milyon 262 min manata düşüb.

Ötən il şirkətin satışdan gəlirləri 12 milyon 788 min manat (əvvəlki ilə nisbətən 16,4% çox), satışının maya dəyəri 8 milyon 44 min manat (8,3% az), satış xərcləri 25 min manat (87% az), ümumi və inzibati xərcləri 1 milyon 529 min manat (79,2% az), digər xərcləri 3 min manat (86,6 dəfə az), maliyyə xərcləri 842 min manat (42,7 dəfə az), məzənnə fərqindən zərəri 12,3 mln. manat (əvvəlki il gəlir olub) təşkil edib.

Son nəticədə "Akkord" 2017-ci ili 345 min manat xalis zərərlə başa vurub. Halbuki şirkət, 2016-cı ildən 6 milyon 317 min manat mənfəətlə çıxmışdı.

Xatırladaq ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" 2006-ci ildə yaradılıb. Ötən ilin sonuna onun nizamnamə kapitalı 74 milyon 113 min manat təşkil edib. Şirkətin səhmdarları 51% payla "VIP Estate" MMC və 49% payla Dərya Müsəllim oğli Vəliyevdir. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024