Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (30-05-2018, 13:30)
Rövnəq Abdullayev: Təbii qazın Avropaya nəqlinin bir addımlığındayıq

Rövnəq Abdullayev: Təbii qazın Avropaya nəqlinin bir addımlığındayıq

 

Bu gün biz artıq təbii qazın Xəzər dənizindən Avropaya nəql olunmasının bir addımlığındayıq. Türkiyəyə ilk kommersiya qazının çatdırılması üçün lazım olan bütün infrastruktur yekunlaşıb. 

Mediatv.az  xəbər verir ki, bunu Bakıda keçirilən “Xəzər Neft və Qaz-2018” 25-ci Yubiley Beynəlxalq konfransında SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

O qeyd edib ki, Cənub Qaz Dəhlizinin Türkiyəyə qədər olan hissəsi istismara verilib. İyunun 12-də isə SOCAR-ın operator olduğu TANAP layihəsinin istismara verilməsi planlaşdırılır: 

“Beləliklə, bu möhtəşəm layihə başa çatmaq üzrədir: dörd seqmentdən üçü artıq istifadəyə verilir. Əminəm ki, ən yaxın zamanda bu uzunmüddətli çalışmaların bəhrələrini görə biləcəyik”. 

SOCAR prezidenti bildirib ki, Azərbaycan Cənub Qaz Dəhlizi başda olmaqla, həyata keçirilən bütün bu layihələrin aparıcı qüvvəsidir və mərkəzindədir. Bu layihələrdən həm region ölkələri, həm də müxtəlif şirkətlər bəhrələnir.

Onun sözlərinə görə, yeni qaz nəqli marşrutuna malik olduqdan sonra Azərbaycan öz maye qazını istədiyi istiqamətdə realizə edəcək:

“Azərbaycan Cənub Qaz Dəhlizini açmaqla üçüncü tərəflərin bu layihəyə qoşulmasına, xarici tərəfdaşlarımızın da maliyyə gəlirlərini artırmalarına əlverişli şərait yaradıb. Region ölkələri olan Gürcüstan və qardaş Türkiyə də bu nəhəng layihədən mənfəət əldə edəcək, həm də tranzit ölkə olaraq beynəlxalq mövqelərini möhkəmləndirəcək.

Hazırda Avropa ən perspektivli qaz bazarıdır. İnanırıq ki, Azərbaycan qazı Avropa bazarında yaxın gələcəkdə artan tələbatla mövcud təchizat arasında yaranacaq boşluğu dolduracaq”.

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024