Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (17-04-2018, 12:10)
İş təklifi üzrə müddət 11 gündən beş günə endirilir

İş təklifi üzrə müddət 11 gündən beş günə endirilir

 

Aprelin 17-də Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin iclası keçirilir.

Mediatv.az-ın xəbərinə görə, iclası açan sözügedən komitənin sədri, professor Hadi Rəcəbli iclasın gündəliyinə iki məsələnin - “Məşğulluq haqqında” yeni qanun layihəsinin və “Sosial sığorta haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin salındığını bildirib.

O qeyd edib ki, son illərin ən başlıca prioritet məsələlərindən biri məşğulluq məsələsidir.

Onun sözlərinə görə, məşğulluq məsələsi təmin edilən yerdə digər problemlər də qismən öz həllini tapa bilir:

“Qeyd edim ki, bizdə məşğulluqla bağlı qanun vardı. Amma həmin sənədin dövrün reallıqlarına və tələblərinə uyğun olaraq dəyişdirilməsi ehtiyacı yaranmışdı. Odur ki, məşğulluqla bağlı yeni qanun layihəsinin hazırlanması məqsədəuyğun sayıldı və özünüz də görəcəksiniz ki, könhə qanunla yeni qanun arasında fərq 50 faizdən çoxdur”.

Qanun layihəsi ilə bağlı mövqeyini açıqlayan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris Əsgərov isə yeni sənəddə yeni yanaşmanın ortaya qoyulduğunu bildirib.

Nazir müavini deyib ki, qanun layihəsi beş fəsildən və 34 maddədən ibarətdir.

İ. Əsgərovun dediyinə görə, yeni sənəddə işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınması qaydası tamamilə yenidən müəyyən edilib:

“Ümumiyyətlə, qeydiyyata alınma prosedurunun elektron qeydiyyat üzərində həyata keçirilməsi nəzərdə tutulur. İlk dəfə olaraq işaxtaran və işsiz şəxslərə əvvəlcə vakansiya bankından münasib işin onlar tərəfindən seçilməsi hüququ verilir. Onlar bu hüquqdan istifadə etmədikdə isə sistem tərəfindən bu edilir. Münasib iş təklifi üzrə müddət isə 11 gündən beş günə endirilir”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024