Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (6-03-2018, 13:00)
Almaniya Azərbaycan qazının Avropaya tədarükü üçün kredit zəmanəti verəcək

Almaniya Azərbaycan qazının Avropaya tədarükü üçün kredit zəmanəti verəcək

 

Almaniya hökuməti Azərbaycandan qaz tədarükünü təmin etmək üçün alman bankında Azərbaycanın dövlət müəssisəsi üçün 1,5 milyard dollar məbləğində borca kredit zəmanəti təqdim etmək niyyətindədir.

Mediatv.az  xəbər verir ki, bu barədə Trend "dpa" agentliyinə istinadən məlumat verir.

Agentlik Almaniya Maliyyə Nazirliyi yanında parlament dövlət katibi Yens Şpanın Bundestaqın Büdcə komitəsinin sədri Peter Böringerə ünvanladığı məktuba istinad edir.

Məktubda qeyd olunur ki, borcun məbləği 1,5 milyard dollar (1,2 milyard avro) təşkil edir: "Bu qaz tədarükləri Avropa, o cümlədən Almaniyanın qaz təchizatının təmin edilməsinə mühüm töhfə verməlidir".

Xatırladaq ki, "E.on" energetika konserni 2013-cü ildə Azərbaycanla Xəzər dənizindəki yataqdan təbii qaz tədarükü haqqında uzunmüddətli müqavilə imzalayıb. Razılaşma 2020-ci ildən 2044-cü ilədək alman şirkətinin hər il 1,45 milyard kubmetr mavi yanacaq əldə etməsini nəzərdə tutur.

Qeyd edək ki, Azərbaycan qazının Avropaya tədarükü "Cənub Qaz Dəhlizi" çərçivəsində həyata keçiriləcək.

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024