Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (6-02-2018, 12:57)
Hərraclarda hər bir sərmayəçi öz biznes portfelinə uyğun əmlak sahibi olur

Hərraclarda hər bir sərmayəçi öz biznes portfelinə uyğun əmlak sahibi olur

 

Hüquqi və fiziki şəxslərin, investorların, vətəndaşların daha operativ, optimal şəkildə əmlak sahibi olmaları üçün keçirilən açıq və şəffaf hərraclar davam edir. Bu hərraclarda iştirak edən hər bir sərmayəçi biznes layihələrinə uyğun olaraq özəlləşdirilməyə çıxarılan müxtəlif çeşidli əmlak üzrə seçim imkanı qazanır. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti belə bir hərrac 6 fevral tarixində keçirilib.

Hərracda özəlləşdirilən qeyri-yaşayış sahələri Bakı və Sumqayıt şəhərlərində yerləşir. Bakı üzrə özəlləşən əmlak Nərimanov rayonunda yerləşir. Ümumi faydalı sahəsi 17 kv.m olan əmlakdan ofis, xidmət obyekti kimi istifadə etmək olar. Sumqayıtda yerləşən ümumi faydalı sahəsi 120 kv.m olan obyekt də xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir.

Qeyd edilməlidir ki, hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahələri ilə birgə özəlləşdirilir. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır.

Məlumat üçün bildirilməlidir ki, budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Sumqayıt şəhərində yerləşən qeyri-yaşayış sahəsi olub.

Qeyd edilməlidir ki, hərracda müxtəlif iqtisadi sahələrə aid olan səhmdar cəmiyyətləri, kiçik dövlət müəssisələri özəlləşdirilir. Bununla yanaşı prosesdə müxtəlif markalı nəqliyyat vasitələri sahibini tapır. Özəlləşən nəqliyyat vasitələri Avropa, Asiya, Amerika istehsalı olan avtomobillər üstünlük təşkil edir. Bunlara BMW, Fiat, Chevrolet, KİA, Nissan kimi avtomobilləri qeyd etmək olar. Həmin maşınların buraxılış tarixi isə müxtəlif illəri əhatə edir.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r

Funksionallığı ilə seçilən Elektron hərracın tətbiqi özəlləşdirmə prosesini daha da sürətləndirir. Sistemin köməyi ilə istənilən şəxs, ölkə daxilində və ya xaricində olmasından asılı olmayaraq istənilən vaxt müraciət edərək tamamilə elektron şəkildə hərraca qatılmaq hüququ əldə edir. Bununla da özəlləşdirmə prosesində zaman və məkan məhdudiyyətini tamamilə aradan qaldırır.

Bu model dövlət əmlakının şəffaf şəkildə özəlləşdirilməsinə şərait yaratmaqla əhaliyə və investorlara yeni imkanlar açır. Elektron hərraclar özəlləşdirmə prosesində yeni mərhələnin başlanması deməkdir. Bu yenilik müasir texnologiyalar vasitəsilə əhalinin, investorların bu prosesə cəlb edilməsinə imkan verir.

Onlayn qatılmaqla yanaşı hərraclarda elektron qaydada qeydiyyatdan keçmək, iştirakçı statusu qazanmaq üçün sifariş vermək, qeydiyyatdan keçmədən onlayn izləmək imkanları mövcuddur. Bütün prosesləri Komitənin rəsmi səhifəsi olan emdk.gov.az, eləcə də privatization.az saytına daxil olmaqla yerinə yetirmək mümkündür. Bununla da hərrac prosesi tam elektronlaşır.

Elektron hərracda iştirak etmək istəyən şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytına (e-emdk.gov) və ya Elektron Hökumət Portalına (e-gov.az ) daxil olaraq müvafiq bölməni seçir. Sifariş verdiyi əmlakın ilkin satış qiymətinin 10 faiz məbləğində behi ödəyir. Behi ödənildikdən sonra istifadəçiyə Təsdiqetmə bildirişi təqdim edilir və təhlükəsizlik kodu poçt ünvanına göndərilir. Sifarişlərin qəbulu hərracın başlanmasına ən gec üç bank günü qalmışa qədər bitməlidir.

Qeyd edilməlidir ki, Özəlləşdirmə portalında hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. Hərracların elanı, gedişatı və nəticələri barədə komitənin saytı, Özəlləşdirmə portalı, eləcə də facebook sosial şəbəkəsindəki rəsmi səhifə və “Privatization.az” səhifəsi vasitəsilə əhaliyə mütəmadi məlumatlar verilir.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclar, əmlak sahibi olmaq istəyən hər bir vətəndaş üçün böyük imkandır. Belə hərraclara qatılaraq istənilən vətəndaş əmlak sahibi ola bilər. Komitə tərəfindən növbəti belə hərrac 13 fevral tarixində keçiriləcək. Hərraca çıxarılan əmlaklarla tanış olmaq üçün aşağıdakı keçiddən istifadə etmək kifayətdir:

http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=3325

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024