Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (17-01-2018, 16:00)
“Beynəlxalq Bank” Qazaxıstanın borcunu 15 ilə qaytaracaq

“Beynəlxalq Bank” Qazaxıstanın borcunu 15 ilə qaytaracaq

 

Azərbaycan Beynəlxalq Bankının Qazaxıstana olan borcu 15 il müddətinə uzadılıb.

Mediatv.az Kazinform-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının maliyyə  naziri Baxıt Sultanov ölkə parlamentinin plenar iclasında etdiyi çıxışda danışıb.

Nazirin sözlərinə görə, borc yığılan vəsait Qazaxıstan üçün itirilmiş hesab olunmur.

“Əslində, biz bu pulları itirməmişik, bank özü iflasa uğrasaydı, onda itki təhlükəsi yaranardı, kreditorların çoxu borcun restrukturizasiyasını dəstəkləməyib. Hal-hazırda bankın bu istiqrazları  Azərbaycanın suveren istiqrazlarına dəyişdirilib”.

“Nəticədə 3.5 faizlə 250 milyon dollar  borcun ödəniş vaxtı 15 il müddətinə uzadılıb, bu sənədlər  likviddir”, – deyə Baxıt Sultanov bildirib.

“Bu vəsaitləri itirdiyimizi demək düzgün deyil, bəli, məbləğdə müəyyən fərq olacaq, ancaq əsas məbləği itirməmişik, beynəlxalq faiz dərəcəsi olan 3.5 faiz çıxılacaq”, – deyə nazir əlavə edib.

Qazaxıstanın  Vahid Yığım-Təqaüd Fondunun 71.3 milyard təngə investisiya qoyduğu Azərbaycan Beynəlxalq Bankı müflisləşmə ilə bağlı məhkəməyə ərizə ilə müraciət edib.  

Maliyyə Nazirliyi xarici borc üzrə ödənişləri dayandırıb və kreditorlarla borcun restrukturizasiyası haqqında danışıqlara hazırlaşır.

шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024