Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (14-11-2017, 14:00)
"Aİ-98" markalı benzinin satışı nə vaxt bərpa olunacaq?

"Aİ-98" markalı benzinin satışı nə vaxt bərpa olunacaq?

 

Azərbaycanda "Aİ-98 Super" markalı benzinin satışında yaranmış fasilə təxminən 1 ay davam edəcək.

Mediatv.az xəbər verir ki, sözügedən markalı benzinin idxalı və satışı ilə məşğul olan "SOCAR Petroleum" QSC-nin mətbuat xidmətinin rəhbəriÜzeyir Həbibbəyli APA-ya bildirib ki, artıq yanacaq sifariş verilib: "Gömrük rəsmiləşdirilməsinə sərf olunan vaxtı da nəzərə alsaq, yeni yanacaq partiyası təxminən 1 ay sonra Azərbaycana gətiriləcək".

Ü. Həbibbəyli bildirib ki, "Aİ-98 Super" markalı benzinin satışının dayandırılmasına səbəb mənbə ölkədə - Rumıniyada qiymətin artmasıdır.

Şirkət rəsmisi deyib ki, "Aİ-98 Super" markalı benzin tədarük olunanadək istehlakçılar "Aİ-95 Premium" markalı benzindən istifadə edə bilərlər. "Bu qəbildən olan nəqliyyat vasitələrinin yanacaq çənində "95/98" qeydi var. Beləliklə, sürücülərimiz rahatlıqla "Aİ-98" markası olmadığı təqdirdə "Aİ-95" markasından istifadə edə bilərlər".

Onun sözlərinə görə, "Aİ-95 Premium" markalı benzinin 1 litrinin qiyməti 1,15 manat, "Aİ-98 Super" markalı benzinin 1 litri isə 1,30 manat təşkil edir.

Ü.Həbibbəyli əlavə edib ki, son zamanlar "Aİ-98 Super" markalı benzinə tələbat artıb: "Konkret bir statistika olmasa da, deyə bilərəm ki, tələbat ciddi şəkildə artıb".

шаблоны для dle 11.2

Xəbər lenti
19 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024