Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat / Slayd (15-12-2015, 14:36)
Manatın növbəti devalvasiyasının anonsu verildi

1446558605_dollar-manat-merkezi-bank

“Manatın növbəti devalvasiyası şok yarada bilər”

Mediatv.az xəbər verir ki, Mərkəzi Bankın valyuta ehtiyatları sürətlə azalmağa başlayıb. 2014-cü il sentyabrın 1-də neftin qiyməti ilk dəfə olaraq 100 dollardan aşağı düşəndə Mərkəzi Bankın valyuta ehtiyatları 15,3 milyard manat idi. Rəsmi məlumata görə, bu ilin dekabr ayının 1-nə Mərkəzi Bankının ehtiyatları 6,2 milyarda qədər azalıb və proses davam edir. Dünya bazarlarında isə neftin 1 barelinin qiyməti 36 dollar civarındadır. Bu o deməkdir ki, manatın indiki məzənnəsinin qorunub saxlanması üçün lazım olan ehtiyatlar tükənir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov modern.az saytına deyib ki, Mərkəzi Bankın valyuta ehtiyatlarının azalması sirr deyil: “21 fevral devalvasiyasından sonra Mərkəzi Bank manatın məzənnəsini qoruyub saxlamaq üçün hər ay bu ehtiyatlardan istifadə edir. Ayın əvvəlində ehtiyatlar 6,2 milyard manat idi, getdikcə azalması da gözləniləndir və proses davam edəcək”.
1428554851_vahidVahid Əhmədovun fikrincə, Mərkəzi Bank manatı qoruyub saxlamaq üçün mütləq müdaxilə etməlidir: “Biz təklif verdik ki, məzənnə siyasətini həyata keçirmək lazımdır. Manat bazar qiymətinə uyğunlaşmalıdır. Mərkəzi Bankın ehtiyatları sonsuz deyil, azalır. Bildiyiniz kimi, manatın qiyməti neftin qiymətindən çox asılıdır. Neftin qiyməti isə durmadan ucuzlaşır. Azərbaycan nefti artıq 38 dollara düşüb. Bunun üçün məzənnə siyasətinə keçmək lazımdır ki, əhali çox əziyyət çəkməsin”.
Deputat “Manatı növbəti devalvasiya gözləyirmi” sualına “Hər şey ola bilər” cavabını verib:“Amma növbəti devalvasiya şok ola bilər. Çünki hələ fevral ayında manat 34 faiz devalvasiyaya uğrayıb. Yəni bundan artığı vətəndaş üçün şok ola bilər. Mənim təklifim üzən məzənnə siyasətinə keçirilməsidir ki, manat yumşaq devalvasiyaya uğrasın və insanlar da bunu çox hiss etməsin”.

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024