Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (6-02-2014, 11:08)
Qənirə Paşayeva fəxri vətəndaş oldu

 

  

Türkiyənin böyük bölgələrindən biri olan Karabükun Bələdiyyə Məclisi millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, dr. Qənirə Paşayevaya Karabükün fəxri vətəndaşlığının verilməsi barədə qərar qəbul edib. 

 

 “Mediatv.az” xəbər verir ki, Karabük bələdiyyə başqanı Rafet Vergili başkanlığında keçirilən bələdiyyə toplantısında Bələdiyyə məclisinin sədri  Rafet  Vergili  tərəfindən irəli sürülən bu təşəbbüsü qəbul edərək məclisin gündəliyinə salıb. Bələdiyyə sədri tərəfindən irəli sürülən təklifdə və onun çıxışında vurğulanıb ki, Türk Dünyası üçün birlik və bərabərliyimiz üçün çalışan, qardaş iki ölkə arasındakı münasibətlərin inkişafı üçün davamlı çalışmaları, yazdığı kitab və çıxışları  ilə Karabükün tanıdılmasına, təbliğinə böyük dəstəklərindən dolayı ona Karabükün Fəxri Vətəndaşı adı verilməsini müsbət addım olardı.  Qənirə Paşayevanın Türkiyəni, xüsusilə Karabükü fəxri elçisi olaraq hər zaman tanıtdığını və təbliğ etdiyini vurğulanaraq millət vəkilinin Karabük fəxri vətəndaşı adı ilə təltif edilməsi təklif edilib.  Müxtəlif tədbirlər, konfranslar çərçivəsində tez-tez  Karabükə  gələn Q.Paşayevanın  Karabükü anlatdığı " Doğmaca evim kimi-Karabük" başlıqlı böyük tanıtım yazısı və Karabükü  hər  zaman  sevgi ilə təbliğ etməsi ilə Karabüklülərin  rəğbətini  qazandığı vurğulanıb.  Bələdiyyə başçısı Rafet Vergilinin rəhbərliyi ilə keçirilən toplantıda bələdiyyə başçısının təklifİ səsverməyə qoyularaq yekdilliklə qəbul olunub. Bildirilib ki, Fəxri Vətəndaşlıqla bağlı rəsmi sənəd yaxın günlərdə Karabük bələdiyyəsində də təşkil olunacaq rəsmi tədbirlə  millət vəkili Qənirə Paşayevaya təqdim ediləcək.

 Millət vəkili Qənirə Paşayeva özünün Facebook səhifəsində bu qərara görə Karabük bələdiyyəsinə təşəkkür edib.”Karabük bələdiyyə məclisinə, başqanı dəyərli Rafet bəyə və bütün məclis üzvlərinə məni Karabük fəxri vətəndaşlığına layiq gördüklərinə və fəxri hemşeri adı verilməsi ilə bağlı qərar qəbul etdikləri üçün təşəkkür edirəm.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024