Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat / Slayd (21-08-2015, 14:39)
Vahid Ələkbərov Qazaxıstandakı aktivlərini Çin şirkətinə satdı

Rusiyanın “LUKoil” şirkəti Qazaxıstanın dörd neft yatağındakı aktivlərini idarə edən “Caspian Investments Resources” şirkətindəki 50 faizlik payını Çinin “Sinopec” şirkətinə satıb.

Virtualaz.org saytı Rusiya biznes mediasına istinadən xəbər verir ki, əslində tərəflər bu sövdələşməyə bir il əvvəl, neftin qiymətinin 110 dollar olduğu vaxtlarda gəlmişdilər.

Lakin neftin ucuzlaşmağa başlaması Çin şirkətini pauza götürməyə məcbur edib. Nəticədə Vahid Ələkbərovun aktivləri 400 milyon dollara yaxın ucuzlaşıb.

“LUKoil” Çin şirkətini bu itkiə görə beynəlxalq arbitraja vermək üçün hazırlıqlara başlasa da Rusiya-Çin hökumətlərarası  komissiyası işə qarışıb və tərəflərə məhkəməyə qədər anlaşmağı təklif edib. Nəticədə “LUKoil” aktivləri “Sinopec”ə əvvəlcə razılaşdırılandan təxminən 200 milyon dollar ucuza - 1 milyard 57 milyon dollara satmağa razı olub.

Nəticədə Çin şirkəti “Caspian İnvestments Resources” şirkətinin 100 faizlik səhmlərinin mülkiyyətçisinə çevrilib. “LUKoil” şirkətində bu satışı xarici aktivlərin optimallaşdırılması siyasəti ilə izah ediblər.

Bu aktivlərin satılmasından sonra da “LUKoil” Qazaxıstanın neft yataqlarının işlənməsində aparıcı oyunçulardan biri olaraq qalır.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024