Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (13-07-2015, 19:10)
Azərbaycanda banklardan biri bağlandı

Azərbaycanda banklardan biri bağlandı

Mərkəzi Bank (MB) "EvroBank" ASC-nin bank lisenziyasının ləğv edilməsi ilə bağlı qərar qəbul edib.

Bu barədə MB-dən Trend-ə daxil olan məlumatda bildirilir.

Bildirilir ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən bank sektorunun və maliyyə vasitəçiliyinin inkişafı, maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi və keyfiyyətinin yaxşılaşdırılması, bankların maliyyə dayanıqlığı və sabitliyinin gücləndirilməsi istiqamətində kompleks və ardıcıl tədbirlər həyata keçirilir.

Son illər görülmüş işlər nəticəsində bank sektoru əhəmiyyətli kapitallaşıb, maliyyə vasitəçiliyinin həcmi dəfələrlə artıb, biznes və əhalinin bank məhsul və xidmətlərindən istifadə səviyyəsi yüksəlib, eyni zamanda bankların institusional potensialı gücləndirilib, xüsusilə korporativ idarəetmə sistemləri və riskləri idarəetmə aparatı təkmilləşdirilib.

Bununla belə ölkə iqtisadiyyatının inkişaf və şaxələnmə hədəfləri maliyyə sistemi, o cümlədən bank sektoru qarşısında yeni vəzifələr müəyyən edir. Bu hədəflərin realizasiyası bank sektorunun maliyyə potensialının ciddi mobilizasiyası və gücləndirilməsini tələb edir.

Mərkəzi Bank qeyd edilən hədəflər də nəzərə alınmaqla əhalinin əmanətlərinin və digər kreditorların vəsaitlərinin təhlükəsizliyinin təmin edilməsi, bank sektorunun sabitliyinin və ona etimadın qorunması məqsədilə problemli, adekvat kapitallaşmamış, prudensial fəaliyyət göstərməyən bankların fəaliyyətinin məhdudlaşdırılmasıvə sistemdən kənarlaşdırılması üzrə davamlı olaraq tədbirlər görür.

Bu istiqamətdə növbəti addım olaraq qeyd olunan prinsipləri rəhbər tutaraq Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 10.07.2015-ci il tarixli iclasında "EvroBank" ASC-nin bank lisenziyasının ləğv edilməsi, "Azərbaycan Kredit Bankı" ASC-yə isə müvvəqəti inzibatçının təyin edilməsi barədə qərar qəbul edilib.

"EvroBank" ASC Mərkəzi Bankın minimum məcmu kapitalın artırılması üzrə tələblərə əməl etmir. Banka kapitallaşma və fəaliyyətində mövcud olan digər çatışmazlıqların aradan qaldırılması ilə bağlı göstərişlər verilməsinə baxmayaraq, bu müddət ərzində onlar icra edilməmişdir. Fəaliyyəti prudensial tələblərə cavab vermədiyinə görə banka təshih və təsir tədbirləri tətbiq edilərək lisenziyası məhdudlaşdırılmış, əmanətlərin qəbul edilməsi və hesabların aparılması, kreditləşmə fəaliyyəti qadağan edilib.

Bank sektorda və maliyyə vasitəçiliyində hər hansı əhəmiyyətli bir paya malik deyil. Hazırda bankda əhalinin əmanətləri də yoxdur.
"Azərbaycan Kredit Bankı" ASC-nin fəaliyyətində ciddi nöqsan və çatışmazlıqlar mövcuddur, bank qeyri-prudensial idarə olunur və Azərbaycan Respublikası Mərkəzi Bankının məcburi göstərişlərini icra etmir. Bankın kapitalı Mərkəzi Bankın minimum kapital tələblərindən aşağıdır. "Azərbaycan Kredit Bankı" ASC-nin də fəaliyyəti məhdudlaşdırılıb. Bankda əhalinin əmanətlərinin həcmi kiçikdir və onların tam icrası üçün bankda yetərli likvid vəsaitlər mövcuddur.

Mərkəzi Bankın bu tədbirləri bank sektorunda risklərin azaldılmasına, etimadın qorunmasına və bu yolla maliyyə vasitəçiliyinin genişləndirilməsinə və dəyərinin azalmasına yönəlib.

Mediatv.az

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024