Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (2-03-2015, 22:33)
Azərbaycanın ixrac etdiyi xam neftin göstəriciləri

Azərbaycanın ixrac etdiyi xam neftin göstəriciləri

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2015-ci ilin fevral ayında Novorossiysk limanından 84 min 807 ton, Supsa limanından 254 min 179 ton, Ceyhan limanından 1 milyon 630 min 350 ton xam neft ixrac edib. 

 

“Qafqazinfo” ARDNŞ-nin saytına istinadən məlumat verir ki, ümumilikdə yanvar-fevral ayları ərzində Novorossiysk limanından 254 min 314 ton, Supsa limanından 508 min 286 ton, Ceyhan limanından isə 3 milyon 328 min 118 ton xam neft ixrac edilib.

Fevral ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 58,13 dollara, Urals nefti 57,81 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 59,99 dollara satılıb.

ARDNŞ tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Şirkətin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2015-ci ilin fevral ayında 54 min 70 ton dizel yanacağı və 16 min 478 ton təyyarə yanacağı ixrac edib. Ümumilikdə 2015-ci ilin yanvar-fevral ayları ərzində 165 min 227 ton dizel yanacağı, 32 min 470 ton təyyarə yanacağı və 178 ton soba mazutu ixrac edilib.

2015-ci ilin fevral ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 572,95 dollar, təyyarə yanacağının - 575,60 dollar, dizel yanacağının - 539,09 dollar, 1% kükürdlü mazutun qiyməti 314,04 dollar təşkil edib.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024