Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat / Karusel (9-03-2014, 11:02)
Azərbaycan Monteneqro ərazisində yerləşən adada 7 ulduzlu otel tikir.

 

“Mediatv.az” anspress-ə istinadən xəbər verir ki, Adriatik dənizi sahillərində keçmiş Kumbor hərbi-dəniz bazasının yerində kurortun tikintisi üzrə Azərbaycan-Monteneqro birgə layihəsinə start verilib. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və 500 milyon avro dəyərindəki layihəni hazırlayan "Azmont Investments" şirkəti 2000-ci illərin əvvəllərində tərk edilmiş Yuqoslaviya donanmasının bazasını yenidən qurmaq və onun yerində müasir kurort, həmçinin hotel kompleksi və digər obyektlər inşa etməyi planlaşdırıb.

Monteneqroda alınan adada dəbdəbəli “Kerzner International” istirahət mərkəzi inşa ediləcək. Otel One&Only markası ilə inşa ediləcək. Bu, One&Only markasının Avropada ilk istirahət mərkəzi olacaq. İstirahət mərkəzi qonaqlar üçün 150 dəbdəbəli otaqdan və prestijli villalardan ibarət olacaq. Bu yeddiulduzlu istirahət mərkəzi dünyanın hər yerindən varlı turistləri cəlb edəcəyi gözlənilir. ARDNŞ adanın icarəsi üçün 320 milyon dollar yatıracaq. Anlaşmaya görə, şirkət birinci dörd ildə adada kurort və turizmin inkişafına 52 milyon avro yatırmalıdır. İcarə razılaşmasının imzalanmasından sonrakı 8 ildə isə SOCAR tərəfindən adaya 258 milyon avro yatırılacaq. Bildirilir ki, SOCAR 45 illik icarə haqqını bəribaşdan ödəyəcək, bu zaman adadakı daşınmaz əmlakın hər kvadratmetri cəmi 1 dollardan hesablanıb. Kumbor adalarında yerləşən və hazırda boş olan hərbi bazanın ərazisi 241.695 kvadratmetrdir.

Layihəni 2016-cı ildə başa çatdırmaq planlaşdırılır. İnşaat dövründə 6500, tikinti işləri tamamlandıqdan sonra isə daha 1200 iş yeri açılacaq.

Tikinti layihəsinin şərtlərinə müvafiq olaraq, ARDNŞ Kumborda "Orjenski" kazarma sahəsini 90 il icarəyə götürəcək. İcarədar Monteneqroda şirkət yaratmaq hüququna malikdir. İcarə müqaviləsi üzrə bütün hüquq və öhdəliklər şirkətə təhvil veriləcək. Şirkət bütün öhdəliklər üzrə tam cavabdehlik daşıyacaq.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev 2013-cü ilin martın 12-də Monteneqroya səfər edib. Azərbaycanla Monteneqro arasında neçə ildir yaxın münasibətlər var və ötən il ARDNŞ bu ölkədə vaxtilə hərbi baza yerləşmiş adanı 320 milyon dollara almışdı. Martın 12-də yayılan xəbərdə isə deyilir ki, ARDNŞ-in adından çıxış edən offşor şirkət Kumbor adasında turizm obyektlərinin inşa edilməsi üçün “Kerzner International” şirkəti ilə müqavilə bağlayıb. “Kerzner International” ARDNŞ-in nümayəndəsi kimi çıxış edən “Triangle Investment & Development" offşor şirkəti ilə Kumbor adasında istirahət mərkəzinin inşası üçün müqaviləni imzalayıb.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024